EURO 1,9745 NEFT 74,62
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.06.2018 17:49:12

İsveçdə keçən il 38 məscid və mədrəsəyə hücum təşkil olunub. İsveçdə məscidləri hədəf alan hücumların 10 qat artdığı qeyd olunub.

İsveçdə keçən il 38 məscid və mədrəsəyə hücum təşkil olunub. İsveçdə məscidləri hədəf alan hücumların 10 qat artdığı qeyd olunub.

İslamazeri.com Avropa mediasına istinadən xəbər verir ki, Uppsala Universiteti hazırladığı məruzədə 2017-də məscid və mədrəsələrə edilən hücumların əvvəlki ilə görə 10 dəfə artdığına diqqət çəkilib. Hesabatda keçən il 38 məscid və mədrəsənin təcavüzə məruz qaldığı qeyd edilib.

İsveç İnanc Birliyi İdarəsi işçisi MaksStokmen məscid və mədrəsələri hədəf alan hücumlarda artımın İsveçdə din azadlığını ciddi dərəcədə təhdid etdiyini vurğulayıb. İsveç konstitusiyasının əsas müddəalarından biri olan din azadlığının önündəki təhdidlərin dövlət tərəfindən aradan qaldırılması lazım olduğunu söyləyən Stokmen "Hər kəs dinini təhlükəsiz bir şəkildə yaşamalıdır. Dövlətin əsas vəzifəsi din azadlığına təhdid təşkil edən ünsürlərlə mübarizə aparmaqdır" - deyib.

İsveç ədliyyə və daxili işlər naziri Morqon Yohansson da hücumları "qorxunc" olaraq qiymətləndirib. Hücumlardakı artımın təkcə İsveçdə deyil, radikal millətçiliklə bütün Avropada görüldüyünə işarə edən Yohansson siyasi partiyaların da xaricilər üzərindən siyasət apardığına, ümumi olaraq, miqrantlar, xüsusi olaraq da müsəlmanlara qarşı çox sərt ritorikalar inkişaf etdirdiklərinə diqqəti çəkib.


İsveçdə məscid və mədrəsələrə hücumlar 10 dəfə artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı səfirin oğlu həbs edildi
    Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər.
     22.06.2018
    Pulsuz çimərlikdə yalnız su və qum pulsuzdur...
    Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, dəfələrlə çimərliklərdə dənizə girməyin pulsuz olduğu qeyd edilib.
     22.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ