EURO 1,9658 NEFT 73,39
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:14.03.2018 13:51:23

Ermənistan və Azərbaycan 2016-2017-ci illərdə təxminən 700 mln. dollar dəyərində silah alıblar.

İslamazeri.com "Turan"a istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan 2016-2017-ci illərdə təxminən 700 mln. dollar dəyərində silah alıblar. Bu barədə Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIRPI) dərc etdiyi məruzədə deyilir. Hesabata əsasən, Ermənistan 2016-2017-ci illər ərzində silah idxalına görə dünyada 54-cü yeri tutur. İki il ərzində ölkə 124 mln. dollarlıq silah idxal edib, Ermənistana silah ixracının 100%-i Rusiyanın payına düşüb.

"2016-2017-ci illərdə Ermənistan 6 ədəd yaylım atəşli "Smerç" reaktiv sistemi, 200 ədəd "Verba" daşınan zenit raket kompleksi və "Kornet" 9M133 tank əleyhinə raket kompleksi alıb", dyə məruzədə bildirilir.

Azərbaycana gəlincə, o, silah idxalı həcminə görə 27-ci yeri tutub. İki il ərzində ölkə əsasən İsrail və Rusiyadan 551 mln. dollar dəyərində silah alıb.

2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, 40 ədəd Orbiter pilotsuz uçan aparatı (o cümlədən ölkədə istehsal edilənlər), 215 ədəd Spike-NLOS tank əleyhinə raket idxal edib.

Moskva Bakıya 36 ədəd ağır odsaçan sistem (TOS-1), 40 ədəd zirehli avtomobil BTR-82A, 800 ədəd "Xrizantema" tank əleyhinə sistem ixrac edib.

Azərbaycan Slovakiyadan 18 ədəd 152 millimetrlik "Dana" özügedən qısalüləli ağır top alıb. Çexiyadan 10 ədəd 122 millimetrlik yaylım atəşli RM-70 raket sistemi alınıb. 


İsveç institutu Bakı və Yerevanın aldığı silahlar barədə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO-dan həyəcan: ABŞ-la ziddiyətlər alyansı dağıda bilər!
    NATO-nun Baş katibi alyansın üzləşdiyi təhlükə barədə danışıb.
     21.06.2018
    Qəhvəyi yumurta yoxsa ağ yumurta?- Fərqi biləndə təəccüblənəcəksiniz! - VİDEO
    Yumurta keyfiyyətli zülal qaynağı olan mükəmməl bir qidadır.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ