1. http://www.islamazeri.az/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:06.01.2017 18:16:49

Türkiyəni parçalamağa çalışan qüvvələr

Proqnozlaşdırıldığı kimi, Türkiyədə terror aktlarının sayı artmaqda və daha qanlı müstəviyə keçməkdədir. Bu terror aksiyalarının sistemli şəkildə baş verməsi və getdikcə əhatə dairəsinin genişlənməsi, artıq Türkiyədə yeni mənzərə yaradıb. Türkiyə daxilində baş verən bu qanlı aksiyalar Türkiyəni sanki 1918-20-ci illərə qaytarıb. Həmin illərdə yunanlar İzmirdə, ermənilər İstanbuldan tutmuş İqdıra, Osmanlı sultanlığına “xidmət” edən və xarici qüvvələrə bağlı olan qüvvələr strateji bölgələrdə bu cür qanlı aksiyalar törədir və məntiqlə Osmanlının, daha sonra isə Türkiyənin bir neçə yerə parçalanmasına cəhd edirdilər. Demək olar ki, həmin zamanlarda İstanbulun yenidən Konstantinapola çevrilməsinə çox az zaman qalmışdı. Bu gün də eyni durumdur. Sadəcə Türkiyə daxilində parçalanmalar yaratmağa, qanlı aksiyalar təşkil etməyə hazır olan qüvvələrlə yanaşı, üz-üzə dayanan Antanta qüvvələri yoxdur. Əslində onlar da var. Sadəcə olaraq hələ ki, terror aksiyalarının arxasında dayanmaqla kifayətlənirlər. Nəticə etibariyləsə məqsəd eynidir- İstanbulun Konstantinopola çevrilməsinə nail olmaq. Bəs bu gün real olaraq Türkiyədə bu cür parçalanmaya cəhd edən qüvvələr hansılardır?

İŞİD simasında Antanta. Hazırda Türkiyəni qan gölündə boğan əsas qüvvə İŞİD qruplaşmasıdır. Artıq Avropa və ABŞ-dakı bəzi qüvvələr tərəfindən dəstək görən İŞİD Türkiyəyə qarşı açıq savaş elan edib və savaşın əsas səbəbləri kimi Türkiyənin Rusiya ilə sıx əməkdaşlıq etməsi göstərilir. Sözsüz ki, bu İŞİD-in çapında olan bir iddia deyil və bu əslində Avropa İttifaqının Türkiyəyə qarşı olan iddialarından başqa bir şey deyil. Buna görə İŞİD-in Türkiyə üçün ciddi baş ağrısı olacağı sirr deyil. Çünki ortada mühüm siyasi bəyanatlar var və Türkiyə kimi bir dövlət İŞİD-in siyasətinə uyğun addım ata bilməz.

PKK zərbələrinin əks-sədası. Hazırda Türkiyədə terror aksiyalarının törədilməsi məsələsində İŞİD qruplaşmasından arxada qalan PKK-da sadəcə olaraq əlverişli mühitin yaranmasını gözləyirlər. Çünki bir zamanlar Türkiyə hökuməti ilə başlanan danışıqlar iflasa uğradı və yenidən terror qrupları aktivləşdilər. Amma FETO-nun ifşasından sonra PKK nisbətən arxa planda fəaliyyətini gücləndirdi. Ancaq bu keçici haldır və heç şübhə yoxdur ki, PKK İŞİD-lə terror aksiyaları təşkil etməkdə yarışa belə çıxacaqlar.

Kölgəyə çəkilmiş erməni qruplaşmaları. Bu gün Türkiyə üçün ən qorxulu güclərdən biri də Türkiyədə və Türkiyədən kənarda fəaliyyət göstərən erməni lobbisidir. Uzun müddət PKK-ya simpatiya göstərən və Türkiyədə yaşayan erməni qruplaşmaları sadəcə olaraq PKK dili ilə danışmağa üstünlük verirdilər. İndi isə vəziyyət dəyişib. Hər zaman arxadan zərbə vurmağa çalışan erməni qruplaşmaları da Türkiyənin hazırkı durumundan istifadə etməklə hansısa paya sahib olmağa çalışacaqlar. Elə bu günlərdə Türkiyədə ermənilərin sıx yaşadığı bölgədə erməni terrorçusuna hökumətin belə xəbəri olmadan abidənin qoyulması sübut edir ki, erməni qruplaşması da sakit durmur. Həmçinin ABŞ-da və Avropada gücə sahib olan erməni lobbisi də onlara dəstək verərək, ən azından Türkiyəni informasiya blokadasına alacaqlar.

Beləliklə, Türkiyə üzərində ciddi oyunlar gedir və 1918-23-cü illərdəki kimi sərt addımlar atılmazsa, Türkiyə tarixinin ən ağır məqamlarını yaşayacaq.

 

Eldəniz Elgün / istsipress


İstanbulun Konstantinapola çevrilmə qorxusu - MƏQALƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya Yəmənə görə dünya ictimaiyyətini qınadı
    Rusiya xarici işlər naziri Yəmən münaqişəsi barədə münasibət bildirib.
     24.03.2017
    Xarici bloqqer 10 dollara Bakıda bunları etdi - VİDEO
    Dryu Binski adlı ABŞ-lı bloqqer ölkəmizdə olub.
     24.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ