EURO 1,8399 NEFT 56,76
USD 1,7447 RUB 0,0304
  1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.01.2017 13:12:12

İstnabulda yeni il gecəsi baş verən terror hücumu İŞİD-in "Özbək qolu" tərəfindən təşkil edilib...

İstanbulda yeni il gecəsi 39 nəfərin öldürüldüyü terror aktının İŞİD-in "Özbək qolu" tərəfindən təşkil etdiyi müəyyənləşdirilib.

İslamazeri.az xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbə İdarəsi və Kəşfiyyat Şöbə İdarəsi İŞİD-in Şərqi Türküstan əsilli Özbək dəstəsini ifşa edib.

Aparılan əməliyyatda, gecə klubu təcavüzkarına yardım və vasitəçilik edən 10 nəfərlik bir dəstə də zərərsizləşdirilib. Nəzarətə alınan bu dəstənin gecə klubu təcavüzünün təşkilində fəal şəkildə vəzifə aldıqları müəyyənləşdirilib.

"HaberTürk"dən Nihad Uludağın bildirdiyinə görə, əməliyyatlarda sözügedən hücumu edən Əbu Məhəmməd Xorasani ləqəbindən istifadə edən ancaq gerçək adı hələ də müəyyənləşməyən və özbək əsilli olduğu bildirilən Şərqi Türküstanlı təcavüzkara yardım və vasitəçilik edən 10 nəfər ilə əlaqələri olan daha 15 nəfər də saxlanılıb. Beləliklə istintaq çərçivəsində həbs olunanların sayı 25-ə çatıb.

 

15 DEKABRDA İSTANBULA GƏLDİ

 

Gecə klubu təcavüzkarının dekabr ayında Konya mərkəzli dəstənin ortaya çıxmasının ardınca hərəkətə keçdiyi öyrənilib. Verilən məlumatlara görə; Konyada 12 dekabr günü bir sərnişin avtobusuna çanta içərisində təslim edilən bir çatdırılma müavinin şübhəsindən sonra ələ keçirilib. Çantadan sui-qəsd silahı Sig Souer və 50 güllə çıxıb. Çatdırılmanın alıcılarına qarşı aparılan əməliyyatda İstanbulda yaşayan əcnəbi əsilli A. Abulizi ilə O. Asım saxlanılıb.

Araşdırmalarda silah olan çatdırılmanın üzərindəki adlardan yola çıxılaraq Konyada yaşayan W. Abulizi də yaxalanıb. A. Abulizi ilə Konyadakı W. Abulizinin qohum olduğu məlum olub. W. Abulizinin isə gecə klubu təcavüzkarı ilə əlaqəli olduğu yeni il gecəsindəki təcavüzdən sonra aşkar edilib. İŞİD-in bu dəstəsinin ələ keçirilməsinin ardınca gecə klubu təcavüzkarının 15 dekabr günü Konyadan İstanbula gəldiyi müəyyənləşdirilib. İŞİD-in Konyadakı Özbək dəstəsinin də hücumda istifadə edilən silah və partlayıcı maddələri təşkilat üzvləri tərəfindən İstanbula gətirdiyi müəyyənləşdirilib. Dəstənin hadisədən sonrada gecə klubu təcavüzkarına maddi-texniki dəstək verməyə davam etdikləri müəyyən edilib.

 

HƏYAT YOLDAŞI TAPILMAYIB

 

Konyada yaxalanıb nəzarətə alındığı iddia edilən təcavüzkarın həyat yoldaşı və iki uşağının isə ələ keçirilmədiyi üzə çıxıb. Təcavüzkarın ailəsinin yeni il gecəsindəki hücumdan əvvəl İŞİD-in başqa bir dəstəsinə təslim edildiyi məlum olub.


İstanbuldakı gecə klubu terrorunu İŞİD-in "Özbək qolu" törədib - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Rusiyadan S-400 alır
    Türkiyə hava müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlara davam edir...
     22.02.2017
    Su Çərşənbəsindən FOTOLAR
    Dünən Su Çərşənbəsi qeyd edilirdi.
     22.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ