1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:25.10.2019 10:40:45

İstanbulun Haliç körfəzinin başlanğıc hissəsində Azərbaycanın böyük şairi-dramaturqu Hüseyn Cavidin büstü ucaldılıb.

İstanbulun Haliç körfəzinin başlanğıc hissəsində Azərbaycanın böyük şairi-dramaturqu Hüseyn Cavidin büstü ucaldılıb.

Turan agentliyinin məlumatına görə, Azərbaycanın İstanbul Baş konsulluğunun  təşəbbüsü və layihəsi ilə ucaldılan büstün müəllifi tanınmış  rəssam-heykəltəraş Sənan Eynullayevdir.

Büst üçün yer Baş konsulluğun   rəsmi məktubu ilə İstanbul metropol bələdiyyəsi tərəfindən ayrılıb.

Hüseyn Cavid büstünə sponsorluğu Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki nümayəndəliyi edib.

Büst Hüseyn Cavidin anadan olduğu gündə-oktyabrın 24-də açılıb.Bu münasibətlə təşkil edilən mərasimdə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Məsim Hacıyev,Baş konsulluğun əməkdaşları,ARDNŞ  nümayəndələri, Türkiyənin bəzi QHT-lərinin rəhbərləri, universitet tələbələri,Azərbaycan Respublikasının İstanbulda yaşayan vətəndaşları iştirak ediblər.

Azərbaycanın məşhur rəssamı və  heykəltəraşı Sənan Eynullayev 1956-cı ildə Bakıda anadan olub.Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirəndən sonra  Sənan Eynullayev  təhsilini Əlibəy Hüseynzadə adına  İncəsənət universitetində davam etdirib.1992-ci ildən bəri yaradıcılıq işlərinə Türkiyədə davam edən Sənan Eynullayev Türkiyənin və dünyanın bir çox qalareyasında fərdi rəsm sərgiləri açıb.Bir neçə il əvvəl Türkiyənin tanınmış iş adamı Əli Ağaoğlunun sifarişi ilə Sənan Eynullayev Türkiyə Cümhuriyyətinin qurucusu  Mustafa Kamal Atatürkün  və İstanbulu fəth edən   Sultan Mehmetin  8 metrlik heykəllərini ucaldıb.


İstanbulda Hüseyn Cavidin büstü ucaldılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ