1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:01.12.2018 23:00:32

Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Türkiyədə azərbaycanlılar arasında atışma olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, nəticədə Lotu Quliyə yaxın olduğu bildirilən Ruslan Əhmədli yaralanıb.

Virtualaz.org xatırladır ki, Ruslan məşhur kriminal avtoritetdir, uzun illər 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkib. Azad olunandan sonra Azərbaycanı tərk edib, Türkiyədə və Rusiyada yaşayıb.

Məlumata görə, Ruslan Əhmədli ayağından 2, qolundan isə 1 güllə yarası alıb.

Məlumata görə, R.Əhmədli uzun müddət mərhum avtoritet Rövşən Lənkəranskinin yanında olub. Sonradan Lotu Qulinin yanına keçib. İnsidentin də məhz bu iki kriminal qruplaşma arasındakı münaqişəyə görə baş verdiyi bildirilir.

İlkin məlumata görə, Ruslana Nicat adlı şəxs atəş açıb.

Virtualaz.org-un məlumatına görə, hazırda Ruslan Əhmədlinin həyati təhlükəsi yoxdur, həkimlər onun vəziyyətini kafi kimi qiymətləndirirlər.

Kriminal avtoritet xəstəxanadan evə buraxılıb.


İstanbulda azərbaycanlılar arasında atışma

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi - FOTO
    Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
     19.02.2019
    İsrail şirkəti Azərbaycanla hərbi müqavilə imzaladığını elan etdi
    İsrailin “Aeronautics” şirkəti Azərbaycanla müqavilə imzaladığını elan edib.
     19.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ