1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:03.05.2017 11:49:24

Məlum olduğu kimi Fələstinin HƏMAS təşkilatı yeni siyasi sənəd yayaraq İsrailə qarşı əvvəlki mövqeyini dəyişib

İslamazeri.com məsələ ilə bağlı HƏMAS liderlərindən olan Xalid Məşəllə də görüşü olmuş, ictimai xadim və araşdırmaçı yazar Hakim Əlizadədən müsahibə alıb.

Salam Hakim bəy. Bildiyimiz kimi, HƏMAS yeni bir siyasi sənədini yaydı. Bu sənəd dünyada birmənalı qarşılanmadı. Siz də HƏMAS-ı tənqid etdiniz. Bunu nə ilə əlaqələndirirsiz?

Öncəliklə, bütün saytınızın oxucularını və həmvətənlərimizi salamlayıram.

HƏMAS-ı qurulduğu gündən etibarən Yasir Ərafatın başçılıq etdiyi FƏTH hərəkatından fərqləndirən əsas amil işğalçı sionistlərin dövlətini tanımamasıydı. Məhz bu strategiya HƏMAS-ı həm FƏTH təşkilatına, həm də işğalçı İsrail rejiminə qarşı əsas yerli müxalif quruma çevirmişdi.

HƏMAS-ı önəmli gücə çevirən, Qəzza zolağında seçkiylə iqtidara gətirən, illərdir bu bölgədə hakimiyyət sürməsinə səbəb olan, minlərlə şəhidin qanı bahasına çox kiçik imkanlarla böyük işğala qarşı dik duraraq Fələstinin azadlığı uğrunda mübarizə aparması idi. Bölgənin bütün müsəlman xalqları da HƏMAS-a bu idealları üçün rəğbət bəsləyir və dəstəkləyirdilər.

İndi nə baş verdi? HƏMAS bu önəmli siyasi dəsti-xəttindən imtina edir. Varlıq və bölgənin bütün müsəlman xalqları tərəfindən dəstək almasına səbəb olan strategiyasından əl çəkdiyini bəyan edir. Artıq bu dəqiqədən sonra HƏMAS bundan öncəki FƏTH-də olduğu kimi böhran və zəifləmə prosesinə, hətta dağılma və ya bölünməyə məhkumdur. Xalid Məşəlin də siyasi aqibəti Yasir Ərafatın sonluğu kimi olacaq. Fələstin müqaviməti və xalqının yeni güclü təşkilatlar və mübariz liderlər çıxaracağına əminəm.

Artıq Qətər, Səudiyyə Ərəbistanı və qismən də Türkiyənin himayəsinə keçən HƏMAS daxilində də parçalanmalar qaçınılmazdır. Xüsusilə də hərbi qanadda bu yeni siyasi cizgiyə sərt reaksiyaların olacağı gözlənilir. Mən bir neçə il bundan öncə də yazmışdım, Xalid Məşəlin əliylə HƏMAS və onun timsalında Fələstin müqavimətini İsrailin lehinə "əhliləşdirmək" istəyən qüvvələr var. Görünür bu düşüncələrimdə, təəssüf ki, haqlıyam.

 

Bildiyimiz kimi siz bir neçə il öncə HƏMAS rəsmilərilə görüşmüşdünüz. Xalid Məşəlin sizlə görüşən zaman və indi hansı fərqləri var? 

Mən Xalid Məşəllə 2010-cu ilin sonunda Suriyanın paytaxtı Şamda (Dəməşq - red.) görüşmüşdüm. Bildiyiniz kimi, o zaman Birinci Asiya karvanıyla məzlum Qəzza xalqına yardım üçün yola çıxmışdıq. Bu əsnada Şamda Xalid Məşəl bizimlə görüşmək istədi və mən də karvanda Azərbaycanı təmsil edən şəxs kimi görüşdüm. Çox mütəvazi, azadlıqsevər və müqavimətçi biri olaraq tanıdım. Hətta birlikdə şam yeməyi də yedik. O zaman Qarabağ haqqında söhbət etdik və mənə "Qarabağ Azərbaycanın ərazisidir və tezliklə işğaldan azad olunar, Fələstinin işğala məruz qalan əraziləri kimi. Bundan başqa Qarabağ məsələsində işğala məruz qalmış Azərbaycan xalqının yanında olduğunu və bizi dəstəklədiyini vurğulamışdır.

Çox təəssüf ki, Suriyada baş verənlər HƏMAS-ın siyasi liderinin Qətərə köçməsinə səbəb oldu. Yalnış strateji-taktiki seçimlərlə Fələstin xalqının azadlığı uğrunda mübarizəyə kölgə saldı.

 

HƏMAS-da zatən əvvəldən iki fərqli mövqe var idi. Təşkilatın hərbi qolu olan "İzzəddin əl-Qəssam" ilə siyasi qolu arasında ziddiyətlərə ara-sıra rast gəlirdik. Sizcə indi nə baş verə bilər?

Bəli, "İzzəddin əl-Qəssam"ın HƏMAS-ın HƏMAS olmasında misilsiz xidmətini danmaq olmaz. Bu müqavimət və şəhidlər hesabına HƏMAS Qəzzanı işğalçılardan azad etdi və seçimlə hökumət qurdu. "Qəssam" birliyi arasında müqavimətə kölgə salacaq hər bir hərəkətə qarşı çıxan çox güclü komandirlər var. Bunların bəziləri son bir neçə ildə sui-qəsd nəticəsində öldürüldü. Amma siyasi qanadla razılaşmayıb sonrakı günlərdə özlərini ya HƏMAS-dan müstəqil elan edib müqavimətlərinə davam edəcəklər, ya da başqa bir qrupla müttəfiq halda fəaliyyətlərini gücləndirəcəklər.

Sonda onu qeyd edim ki, Xalid Məşəl, Yasir Ərafat və digərləri də gəldi-gedərdi. Əsas olan Fələstin müqaviməti və ərazilərinin işğaldan azad olunmasıdır. Bir həqiqət var: Fələstinin müqəddəs torpaqlarını özünə dərd edən hər zaman Allah tərəfindən izzət və şərafətlə mükafatlandırılmışdır. Əl-Əqsadan və müqəddəs diyardan uzaq düşənlər zəlalətə uğramışdır.

Allah bizlərə Qarabağımızla birlikdə müqəddəs Fələstin diyarının işğal və işğalçılardan azad olunacağı günü nəsib etsin.


"İsraillə əlaqələri yumşaldan HƏMAS daxilində parçalanmalar olacaq" - MÜSAHİBƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı qərar verdi
    Məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
     17.08.2017
    KİV: Telman İsmayılovun ən bahalı hoteli bağlanacaq
    “Hotel işləyir. Müəyyən problemlərimiz var, bəzi işçilərimizlə vidalaşmalı olmuşuq. Lakin hazırda burada 670 əməkdaş çalışır. Biz bağlanmayacağıq”.
     17.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ