EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:22.09.2017 17:53:18

İsrail Suriya krizindən maksimum yararlanmaq üçün yerli vətəndaşlardan ibarət terror qruplaşmalarından çox bacarıqla istifadə edir.

İsrail Suriyaya qarşı yürüdülən terror müharibəsinin ən böyük dəstəkçisidir. Təbii ki, İsrail tərəfindən baxsaq bunu anlamaq mümkündür çünki bir nömrəli düşməni kimi qəbul etdiyi Suriya, İran və Hizbullahı özü üçün ciddi bir təhlükə və təhdid olaraq görməkdədir. Fələstin və Qolan təpələri məsələsinin davamlı olaraq gündəmdə qalmasını da rəqib qüvvələrdən bilməkdədir ki, onları daxili və xarici əminiyyət və iqtisadi mənafelərinə qarşı rəqib və təhdid edə biləcək qüvvələr kimi tanımaqdadır. Bu səbəbdən də bu qüvvələri daxili müharibələr vasitəsilə zəiflətmək üçün böyük bir fəaliyyətlər edir.Hazırki şəraitdə isə ən böyük arzusu Suriyanı qüdrətdən düşmüş və bölünmüş halda görməkdir ki, ölkədaxili məzhəb və etnik parçalanmanın gerçəkləşməsi yolunda çox böyük fəaliyyətlər etdi və hələ də etməkdədir. İraq və Suriyanın ərazi bütövlüyü və siyasi birliyini hədəf alan “Kürdüstan” planına hamıdan daha çox dəstək verməsinin də səbəbi məhz budur.

Qolan təpələrində terrora dəstək oldu

Terror mübarizəsinin elə ilk dönəmlərindən etibarən - Livan- Suriya, Suriya-İordaniya və İsrail-Suriya (Qolan təpələri) bölgələrində cərəyan edən müharibədə terrorçulara aktiv şəkildə yardımlar etdi. Döyüş təyyarələri, raketlər, zirehli avtomobillər, ambulanslar, səhra tibbməntəqələri, pilotsuz təyyarələr və başqa logistik dəstəkləri ilə Suriya ordusuna qarşı vuruşan terrorçularla yaxından həmkarlıq etdi. Sionist İsrail hökumətinin başçılarından olan Netanyahu “humanist yardım” adı altında terror müharibəsinin ən önəmli marionet simalarını İsrail-Suriya sərhəd bölgələrində xidmət göstərən səhra tibb məntəqələrində şəxsən ziyarət edir, vəziyyətləri ilə yaxından maraqlanır. İsrail Suriyanın cənub bölgəsində “güvənli bölgələrin” inşa edilməsi yolunda çox böyük əzmlə çalışır.

Yərmuq vadisinin işğalı planı

Məxsusən işğal etdiyi ərazilərdə- (Qolan təpələri) hansı ki, BMT qərarlarına əsasən təkrardan Suriyaya qaytarılması tələb edilir -vuruşan terrorçuların nəzarətində olacaq “güvənli bölgələr” yaratmaq istəyi və zəngin su qaynaqlarına sahib olan Yərmuq Vadisinin işğal planını qurmaqla bu bölgələri Şamdan ayırmaq istəyir. Beləliklə Suriya ilə arasında “Yeni Qolan” inşa etməyi hədəf almış olur. Əgər bunu bacara bilməzsə humanitar yardım, uşaqları qurtarmaq adı altında aparılan layihələr vasitəsilə gələcəkdə öz məqsədlərinə uyğun istifadə edə biləcəyi yeni Suriya nəsli yaratmağın fikrindədir.

Amaliah kimdir?

İsrail Suriya krizindən maksimum yararlanmaq üçün yerli vətəndaşlardan ibarət terror qruplaşmalarından çox bacarıqla istifadə edir. Narıncı inqilabların sponsoru olan sionist Corc Sorosun pis niyyətləri ifşa olduqda meydana yeni bir Corc Sorosları çıxarır. Məhz yerli vətəndaşlardan istifadə etməklə İsrail hökuməti ordusunun və kəşfiyyat idarəsinin bu tipli çevrilişlərlə əlaqəsi olmadığını inandırmağa çalışır. Bu qruplaşmalar arasında Suriyanın daxili və xarici üçün ən böyük təsirə malik olanı “Allahın işi” mənasını verən AMALİAH terror qruplaşmasıdır. Sionistlər bu növ fəaliyyətləri məqsəduyğun görürlər və bu fəaliyyətin də rəhbərliyini keçmiş israilli hərbçi Mordachai Kahanaya tapşırıblar.

İsrail əsilli ABŞ vətəndaşı

İsrail- ABŞ vətəndaşı olan, İsraildə dünyaya gəlmiş 51 yaşlı Mordachai (Moti) Kahana özünü bir sionist olaraq təqdim edir. Ailə üzvlərinin bir qismini isə Rumınyanın işğalı zamanı nasistlərin ölüm düşərgələrində itirdiyini iddia edir. Atasını iki yaşında ikən itirən Mordachinin ailəsi İkinci Dünya Müharibəsi bitdikdən sonra Fələstinə köçür. Atasının vəfatından sonra anası bir İsrailli Dürzi ilə evlənir. Milyonlarla dollarını “xeyir” işlərə xərcləyən Mordachi (Moti) Kahananı bir “ sülhsevər iş adamı ” kimi tanıdırlar. Suriyanın parçalanması yolunda yaradılan Amaliah terror qruplaşmasının qurucusuda məhz Kahanadır.

Yunanıstan düşərgələrində at oynadır...

Bu qruplaşma şəksiz İsrail hökümətinin təsiri altında fəaliyyət göstərir. Qolan bölgəsində İsrail ordusunun kontrolunda olan suriyalı müxaliflər üçün səhra xəstəxanaları və uşaqları üçün məktəblər təsis etmişdir. Yunanıstan mühacir düşərgələrində qalan suriyalı gənclər və uşaqlar üçün İbri, İngilis və Ərəb dilli məktəblər açır. Bu məktəblərdən məzun olan suriyalı şagirdlərə İsrail universitetlərində təhsil ala biləcəkləri haqda təbliğatlar edilir. KahanaSuriya daxili müharibəsindən çox təsirləndiyini, Əsədin qətl etdiyi uşaqları bu bəladan xilas etmək üçün vicdanının səsini dinlədiyi haqda hekayələr söyləyir. Hələ İsrail ordusunda ikən Suriyanın düşmən ölkə olduğunu ona öyrətmişdirlər. Və elə həmin orduda bir yerdə soyqırım varsa buna qarşı etiraz etməyi, soyqırıma məruz qalanlara yardım etməyi və əsgər olmaqdan əlavə vicdanlı insan olmağın vacib olduğunu öyrəndiyini söyləyir. Müsahibələrinə diqqətlə nəzər etsək İsrail ordusunu mələklərdən ibarət bir ordu bilir. Beləliklə insan cildində mələk Kahana vicdanının səsini dinləyərək məzlum suriyalılar üçün pul kisəsinin ağzını açdığını bəyan edir.

Hələbdə özəl əməliyyat!

Bu vicdanın “humanitar yardım” adı altında yalnız Suriya üçün çırpındığını görmək əslində gizli qalmış gerçək niyyəti deşifrə edir. Gerçəkdə isə cəhənnəmə gedən yolu uşaqları xilas etmək yalanlarıyla saldıqlarının bilirik. Çünki bu vicdanlar Yəməndə qətl edilən minlərlə uşaq üçün, aclıqla üz-üzə qalmış yüzminlərlə insan üçün heç bir şey hiss etmir! Arakanda qətl edilən uşaqlar üçün dünyanı ayağa qaldırmır! Fələstinli uşaqların hayqırışlarına kar və kordurlar!

Amaliah terror qruplaşması əvvəllər Hələbdə yaşayan suriyalı yəhudiləri ölkədən çıxarmaqla məşğul imiş ki, məxsusən bu əməliyyatları həyata keçirmək üçün yaratdıqları bir təşkilat varmış. Bu təşkilat məhz suriyalı yəhudilərin daim əmin-amanlıq içində və rahat yaşamaqları üçün gizli fəaliyyət edirdi. Burada diqqətimizi bir məsələ çəkir nə Suriya cəmiyyətinin və nə də dövlətin burada yaşayan yəhudilərə qarşı düşməncəsinə davranışına bu günəcən heç bir tarixi mənbədə rast gələ bilmərik. Əksinə özəl və üstün bir toplum qəbul edilərək həmişə əl içində saxlandılar. Hətta Şamdan ABŞ-a köçən yəhudilərin yaşadığı Əl-Əmin məhəlləsində buraxıb getdikləri evlər, iş yerləri, bağlar, sinaqoqları onlarla il ötməsinə rəğmən hələ də qorunub saxlanır. Suriyada qalmış az sayda yəhudilərlə söhbət etdik və məlum oldu ki 1992- cil ildə ABŞ-a köçmüş suriyalı yəhudilər 2004-cü ildə Şama təkrardan səfər etmişdirlər. Səfərin niyyəti isə Bəşər Əsəddən ABŞ-da Suriyanı təmsil etmək istəyi və bu istəklərinə dəstək tələbi idi.Suriyanın Qamışlı yəhudi camaatının xaxamı etdiyimiz müsahibədə Suriyanı yəhudilər üçün “cənnət məkan” olaraq vurğulamışdır. Amma sionist “mələk” Kahana yəhudiləri Əsədin zülmündən qurtarmaq üçün özəl əməliyyatlar apardığını bəyan edir.

İdlibə necə girdilər?

Və nəhayət qruplaşma əlini qolunu sallayaraq çox rahat bir şəkildə Türkiyənin vasitəçiliyi ilə İdlibə girir. 90 suriyalı tələbənin və 15 müəllimin çalışacağı bir məktəb açır. Sözügedən bu məktəb Əl-Nusra (Əl-Qaidə) və ya digər terror qruplaşmalarının hakim olduğu bölgədə yerləşsə də nədənsə bu qruplaşmalar bu məktəbin yan-yörəsində belə dolaşmır. Hətta məktəbdə ibri dilinin və sionist İsrail rejiminin təbliğatından narahat belə olmur. Əksinə bəlkə onların rahat fəaliyyəti üçün şəraitlər yaradırlar.

Onlarla təhlükəli silahlı İdlibə necə gedir, Türkiyəyə haradan daxil olur və hansı sifətlə bu torpaqlarda meydan oxuyurlar? Suriyalıların və türklərin güc bəla və çox özəl iznə bağlı olan bu hüdudlu qapılardan bu İsrail-Amerikalı “Xeyirsevər iş adamı” necə bu qədər rahat giriş- çıxış edə bilir. Maraqlıdır bu fəaliyyətləri Türkiyə hökumətinin xəbəri olaraqmı edir? Bilmirik... İnsan cildində israilli sionist Kahananın Hələb, İdlib, Antep, İstanbul, Tel Əviv, Qolan təpələri və Nyu-York arasında qaranlıq fəaliyyətlər.


Leyla Məhəmmədi


İsrailin yeni Suriya oyunu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ