1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.09.2019 16:12:53

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclası keçiriləcək.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclası keçiriləcək.

“Report” İƏT-in rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb İsrailin baş naziri Benyamin Netanyahunun İordan vadisi və Ölü dənizin şimalında suveren hüquqlarını bərqərar edəcəkləri barədə verdiyi açıqlamadır.

Səudiyyə Ərəbistanının müraciətinə əsasən İsrailin “təcavüzkar mövqeyinə qarşı islam dövlətlərinin səylərini birləşdirmək” üçün belə bir görüşün keçiriləcəyi İƏT baş katibi Yusif bin Əhməd Əl-Osaymini tərəfindən təsdiq olunub.

İsrail baş nazirinin bu bəyanatını qəti şəkildə pisləyən İƏT onu “Fələstin xalqının hüquqlarına qarşı növbəti hücum, BMT-nin Nizamnaməsinin və müvafiq qətnamələrinin, habelə beynəlxalq hüquq normalarının pozulması” olaraq dəyərləndirir.

Qeyd edək ki, Qərbi Sahil ərazisinin 30 faizini təşkil edən adıçəkilən bölgədə hazırda 65 minədək fələstinli və 11 minədək israillinin yaşadığı bildirilir.


İsrailin baş nazirinin açıqlamasına görə İƏT təcili toplaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ