1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.10.2019 12:18:00

Məhkəmədə iddia qaldıran isə səfirliyin keçmiş işçisi Qəzənfər Atayevdir.

İsrailin Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Məhkəmədə iddia qaldıran isə səfirliyin keçmiş işçisi Qəzənfər Atayevdir.

İslamazeri.com-un "Bizim Yol"a istinadən məlumatına görə, səfirliyin sürücüsü olmuş Qəzənfər Atayev işdən çıxarılandan sonra məhkəməyə üz tutub. O, işdən çıxarılması barədə əmrin qanunsuz hesab edilib ləğv olunaraq işə bərpa edilməsini, əmrə görə səfirin məsuliyyətə cəlb olunmasını, işsiz qaldığı müddətə görə isə əməkhaqqısının hesablanıb ödənilməsini tələb edib.

Yasamal rayon Məhkəməsi iddianı yolverilməz hesab edib, iddiaya baxmaqdan imtina edilib. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilib - iddianın mümkünsüz sayılması barədə qərardad ləğv edilib. Qərar verilib ki, Yasamal rayon Məhkəməsi bu iddiaya baxmalıdır. Yasamal rayon Məhkəməsi ikinci dəfə iddiaya baxıb, bu işə xitam verib. Qəzənfər Atayevə də izah olunub ki, səfirliyin və səfirin toxunulmazlıq immuniteti var. Diplomatik missiyanın üzvləri, o cümlədən səfir mülki məhkəmə məsuliyyətindən azaddır. Ona görə də səfirə qarşı mülki qaydada qaldırılmış işə məhkəmə baxa bilməz.

Qəzənfər Atayev iddiasına baxılmasını istəyirsə, bunun üçün ilk növbədə səfirliyin immunitetinin ləğvi üçün İsrailə müraciət etməlidir.

Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.


İsrailin Azərbaycandakı səfiri məhkəməyə verilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ