EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:13.09.2019 09:25:27

Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edib

islamazeri.com xəbər verir ki, İsrailin baş naziri  Benyamin Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edərək bunun “tamamilə uydurma” olduğunu bildirib.

Amerikanın Səsinə danışan İsrail səfirliyinin sözçüsü də Politico xəbər saytının məlumatını rədd edərək “İsrail ABŞ daxilində espionaj əməliyyatları keçirmir” deyə bildirib. 

Sayt yazır ki, ABŞ hökuməti yaxın müttəfiqi sayılan İsrailin yəqin ki, Ağ Evin nəzdində və başqa həssas yerlərdə tapılmış izləyici qurğular yerləşdirdiyinə inanır.

"StingRay" kimi tanınan kiçik izləyici cihazlar “güman ki, Prezident Donald Trampı izləmək üçün qoyulub,” Politico yazır. Lakin İsrail səylərinin müvəffəq olub-olmadığı aydın deyil.

Anonim mənbələrə istinad edəmn Politico cihazların bir müddət əvvəl tapıldığını yazır. 

Son məlumatlar Netanyahunun İsrail seçkilərində qızğın yarışda rəqabət ərəfəsində açıqlanıb.

Habelə xəbər Trampın İranla bağlı Netanyahunun tutduğu mövqedən uzaqlaşması və İran Prezidenti Həsən Ruhani ilə mümkün görüşə işarə etməsi ilə eyni həftəyə təsadüf edir.


İsrailin Ağ Ev yaxınlığında izləyici cihazlar yerləşdirməsinin üstü açılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Milli Şuranın mitinqinə razılıq verilib, amma...
    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
     17.10.2019
    Vilayət Eyvazov daha iki rəis təyin etdi
    Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ