EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.07.2018 17:29:32

"Məscid girəcəyindəki yolda isə böyük kempinqlər qurublar."

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, təkcə cari ilin əvvəlindən İsrail rejimi Əl-Xəlil (Hebron) şəhərindəki İbrahimi məscidinə azan verməyi 298 dəfə qadağan edib.

“İsrail qüvvələri azanı, o cümlədən də cümə azanını, təkcə bu ilin son 6 ayında 298 dəfə qadağan edib.”, - deyə Fələstinin din işlər naziri Yusef Ədais bildirib.

Bundan başqa, məlum olub ki, İsrail rejimi müsəlmanların ən müqəddəs məbədlərindən birini bağlayaraq öz nüfuzunu artırmağa çalışır. İsrail tərəfi yəhudi festivalının keçirilməsini bəhanə edərək həmin məbədi bağlayır.

Əlavə edilir ki, Qüdsün yəhudi sakinləri məscid ərazisində əyləncə gecələri və gecəyarıyadək rəqslər edərək ədəbsizlik rekordları qırırlar. Məscid girəcəyindəki yolda isə böyük kempinqlər qurublar.

Ən son biabırçı hadisələrdən biri isə iyunda onlarla yəhudi, polisin dəstəyi ilə məscidə girərkən baş verib. Həmin vaxt onlar orada talmud ritualları və musiqili konsert keçiriblər.

Bütün bunlar isə məşhur ravvinlər və hətta İsrailin daxili təhlükəsizlik nazirinin iştirakı ilə baş verir.

Fələstinli nazirin sözlərinə görə, indi İbrahimi məscidi və Əl-Xəlildəki müsəlmanların qorunması üçün bütün işlər görülməlidir. Hazırda, təkcə rəsmi məlumatlara əsasən, şəhərdə 160 min fələstinli və 500 yəhudi yaşayır.


İsraildən İbrahimi məscidinə 298 azan qadağası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Generel Səlamidən Pompeoya cavab: İranlıların yemək artıqları 50 milyon amerikalı acı doyurar
    General Səlami bu reaksiyanı Pompeonun İran xalqını ac qoymaq təhdidinə göstərib.
     17.11.2018
    Məhərrəmovların Madriddəki şərab biznesi - FOTO-VİDEO
    Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edilib.
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ