EURO 1,874 TRY 0,2569
USD 1,7 RUB 0,0216
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:20.03.2020 12:23:48

İsraildə yeni koronavirusun yayılmasının qarşısının alınması üçün ölkə vətəndaşlarının hərəkətinə məhdudiyyətlər qoyulub.

İslamazeri.com xəbər verir ki,  bu barədə ölkənin Baş naziri səlahiyyətlərini icra edən Benyamin Netanyahu fərman imzalayıb.

Fərmana əsasən ölkənin vətəndaşları "yalnız son dərəcə zəruri hallarda" evlərindən çıxmalıdırlar. Çimərliklərə, hovuzlara, parklara, uşaq meydançalarına, kitabxanalara, muzeylərə və dərnəklərə səfərlər qadağan edilib, həmçinin ölkə vətəndaşlarına evdə qonaqları qəbul etməməyi və qonaq getməməyi, liftdə bir-bir minməyi və qrup halında 10-dan artıq toplaşmamaq tapşırılıb.

Trend bildirir ki, İsrail Səhiyyə Nazirliyinin son məlumatında İsraildə koronavirusa 573 yoluxma halı aşkar edilib. 6 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 12 nəfər sağalıb, ölüm halı qeydə alınmayıb. Yəhudi dövlətinin ərazisində ilk yoluxma hadisəsi fevralın 27-də İtaliyadan qayıtmış sakində aşkarlanıb.


İsraildə koronavirusla əlaqədar yeni məhdudiyyətlər; Durmadan artır...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda aprelin 8-dən sonra orta və ali məktəblər açıla bilər
    İranda aprelin 8-dən sonra orta məktəblər, universitetlər və idarələrin fəaliyyəti bərpa oluna bilər.
     01.04.2020
    Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
    Azərbaycanda pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin müvəqqəti tutulmaması nəzərdə tutulur.
     01.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ