1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.10.2017 14:55:52

Naməlum şəxs və şəxslər Yuxarı Qaliley bölgəsindəki silah anbarından xeyli sursat oğurlayıblar.

İsrail ordusunun Yuxarı Qaliley bölgəsindəki hərbi bazasından külli miqdarda silah-sursat oğurluğu olub.

İslamazeri.com RT-yə istinadla xəbər verir ki, bu son ay ərzində İsrailə məxsus silah anbarlarından edilmiş sayca ikinci oğurluq hadisəsidir. İsrail mediasının yazdığına görə, silah anbarından 2 mindən çox M16 avtomat silahının patronu və M203 əl qumbaraatanına aid 24 ədəd qumbara yoxa çıxıb.

Məlumata görə, hərbi bazaya iki gün əvvəl axşam radələrində girilib. Hərbi bazanın çəpərindəki təhlükəsizlik siqnalı işə düşdükdən sonra İsrail ordusu hadisə barədə xəbərdar olub. Araşdırma zamanı məlum olub ki, anbara daxil olmaq üçün qıfılların dördü kəsilib. Oğurluğun kim tərəfindən törədilməsi hələ ki, məlum deyil. Hərbi polis hadisə ilə bağlı istintaqa başlayıb.

Bildirək ki, hərbi baza işğalçı rejim ordusunun şimal komandanlığının ehtiyat bazası kimi fəaliyyət göstərir.


İsraildə bir ayda ikinci silah anbarı yarılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ