1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.07.2018 00:33:15

Cümə günü "Qəzəb günü" adı ilə keçirilən kütləvi mitinqdən sonra İsrail Ordusu Qəzzanı artileriya atəşinə tutub

Cümə günü "Qəzəb günü" adı ilə keçirilən kütləvi mitinqdən sonra İsrail Ordusu Qəzzanı artileriya atəşinə tutub.

İslamazeri.com "palinfo"ya istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qolu olan "İzzəddin Əl Qəssam" briqadasının 3 döyüşçüsü hücumlar zamanı dünyasını dəyişib. İsrail mediası isə "yayım qadağası" götürüldükdən sonra Qəzza sərhəddində snayper gülləsilə hərbçinin öldürülməsini etiraf edib. İsrail Ordusunun Hava Qüvvələrinın qırıcıları bundan sonra Qəzzanı bombalamağa başlayıb. Bu saata kimi verilən məlumata görə, hücum zamanı 1 nəfər həyatını itirib, 120 nəfər isə yaralanıb.

HƏMAS-ın hərbi qolu olan "İzzəddin Əl Qəssam" briqadası Qəzza ərazisindən İsrailin nəzarətində olan ərazilərə 5 raket atıb. HƏMAS hər partlayışa partlayışla, hər öldürülmüş adama bir İsraillinin öldürülməsilə cavab verəcəyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu gecə saatlarında güc strukturlarının rəhbərlərilə təcili iclas keçirib.


İsrail yeni müharibəyə başladığını açıqladı: 1 İsrail hərbçisi, 4 fələstinli ölüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ: Suriyadan geri çəkilməyimiz taktikidir
    Diplomat həmçinin Vaşinqtonun Suriyadan geri çəkilmə qərarını taktiki dəyişiklik olaraq qiymətləndirib.
     22.02.2019
    Dünya dillərinin 43 faizi yox ola bilər - BMT
    Qeyd edək ki, hazırda dünyada 7097 dil var.
     22.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ