1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:02.04.2020 10:20:12

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru İran telekanalı vasitəsilə çıxış edib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru general Əhmədreza Purdəstan müqavimət cəbhəsi döyüşçülərindən bir qrupunun qətlə yetirilməsinə reaksiyada deyib ki, şayiə yaymaq düşmənin zəifliyi və acizliyinin kulminasiya nöqtəsinin nişanəsidir.

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru briqada generalı Əhmədreza Purdəstan dünən IRIB ilə müsahibəsində "Düşmən real mühitdə bir iş görə bilmədiyi üçün virtual mühitdən istifadə edir və şayiə yaymaqla çalışır ki, insanların zehinlərinə xələl gətirmiş olsun. Düşmənin şayiələrdən istifadə etməsi onu göstərir ki, İran İslam Respublikasının silahlı qüvvələri necə bir qabiliyyətə, qüdrətə və bacarığa malikdirlər və düşmən onların varlığından nə qədər qorxu hissi keçirir.", -deyə bildirib.

İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru şəhadəti İslam döyüşçülərinin ən yüksək arzusu adlandıraraq sözlərinə belə davam edib: "Ordunun və Sepah-ın döyüşçüləri İran İslam Respublikası quruluşunun qüdrəti istiqamətində lazımi hazırlıqlara malikdirlər və əgər düşmən bir hərəkət etmək istəyərsə, onu öz hərəkətindən peşman edəcəklər."

Qeyd edək ki, bir neçə gün öncə Ərəb, İsrail və bəzi Qərb  mediaları tərəfindən yalan bir xəbər yayılıb. Bu xəbərdə deyilirdi ki, Sepah-ın Qüds qüvvələrinin komandanı general İsmail Kaani və İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru briqada generalı Əhmədreza Purdəstan sionist rejimin Suriyaya qarşı raket hücumunda qətlə yetiriliblər.


İsrail və Ərəb mediasının "öldürüldü" dediyi general danışdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ