EURO 1,8722 TRY 0,2967
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.08.2019 11:30:19

İsrail Ordusunun Qəzzanı bombalamasından sonra İslami Cihad hərəkatı sionist mövqelərə hücumlarını artırıb

İsrail Ordusunun Qəzzanı bombalamasından sonra İslami Cihad hərəkatı sionist mövqelərə hücumlarını artırıb.

İslamazeri.com xəbər verir ki, bununla bağlı İsrail Ordusu HƏMAS üçün ərəb dilində qeyri-adi müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Biz Qəzzada vətəndaşların vəziyyətinin yaxşılaşdırılması üçün göstərilən səylərə dəstək veririk. Qısa müddətdə uzunmüddətli bu proses davam edəcəkdir. Elektrikin verilməsi, eksport-import və balıqçılığın inkişafı yaxşılaşır. İslami Cihad hərəkatı isə (müraciətdə terror qruplaşması deyilir) əldə olunan danışıqların pozulması üçün əlindən gələni edir; bizim mövqelərimizi hər gün raket hücumuna məruz qoymaqdadır."

İsrail Ordusu bu hücumlara susmayacağını müraciətdə qeyd edərək "Baş verəcək bütün qarşıdurmalarda İslami Cihad cavabdehdir. Qəzza hakimiyyətini əlində saxlayan HƏMAS, İslami Cihad Hərəkatının nəzarətini əlində tutmalı və bu hücumların qarşısını almalıdır", -deyə bildirib.

Qeyd edək ki, bu gün İsrail Ordusunun Qəzza sərhəddindəki postuna kustar üsulla hazırlanmış partlayıcı bomba atılıb. İsrail Ordusu atəş açsada, hücum edən şəxs Qəzzaya qaçaraq gözdən itib.

İsrail Ordusunun Qərargah rəisi general Aviv Koxavi çıxış etdiyi tədbirdə HƏMAS-a xəbərdarlıq edərək yeni əməliyyatlara başlayacağını bildirib.

Onu da qeyd edək ki, atəşkəsə maraqlı ən çox İsrail tərəfidir. Çünki, 2 günlük son müharibə zamanı İsrailin HƏMAS-ın bütün tələblərinə əməl etməsi, İsrail mediasının da tənqidilə üzləşmişdi.

İsrail mediası o dönəmdə yazırdı: "Netanyahunun müharibə istəməməsi əvvəldən gün kimi aydın idi. Ən kədərlisi isə Qəzzadakılar bunu anlayırdılar. İndi məlum olur ki, iki gün ərzində 700 raket, 4 İsrail vətəndaşının ölümünə, Müstəqillik Günü və Avroviziyanın keçirilməsinə mane oldu. Hərbi ekspertlər bundan sonra yaşıl işıq olacağını bildirirlər. İyul və Avqustda İsrail HƏMAS-a yenidən zərbələr endirəcək."

Netanyahunun seçkilərdəki rəqibi, keçmiş qərargah rəisi Benni Qants da sonuncu atəşkəsi belə tənqid etmişdi: "700-ə yaxın raketlər İsrail əraizlərinə tuş gəlib. Çoxlu yaralı və 4 ölümüz var - bu hökümətin çəkinməsinin nəticələridir. Sonu isə HƏMAS-ın şantajlarına boyun əymək olacaq."

Otsma Xa Yexudit partiyası atəşkəsi tənqid etmişdi: "Bu - rüsvayedici bir kapitulyasyadan başqa bir şey deyil. Bu vaxt ərzində HƏMAS vaxt udacaq və daha güclü olmasına zəmin yaradacaq. HƏMAS sərt şəkildə İsrailə diqtə edir və höküməti dizi üstə qoyur. Netanyahunun "güclü hüquq" deklarasiyası əhəmiyyətini çoxdan itirib və terror qruplaşmaları İsrailə hücumun nə dərəcədə sərfəli olmasını açıq aşkar anlayıblar. Qəzza üçün HƏMAS-ın məhv edilməsi lazımdır və Qəzzanın nəzarətinin ələ keçirilməsi lazımdır. Yəhudi yaşayış yerlərinin Qəzzada salınması lazımdır."

Məlumata görə, İsrail HƏMAS-la Misir və BMT təmsilçisi Nikolay Mladenovun vasitəçiliyilə şüfahi atəkəs haqqında 6 aylıq razılığa gəlmişdilər. Qətərdən 600 milyon dolların HƏMAS-a çatıdırlması əsas razılıq olsada, İsrail mediası bunu xalqdan gizləştmişdi. Qeyd edilir ki, Qətərdən gələn pulların böyük hissəsi HƏMAS-a çatıb.

Atəşkəs razılığında diqqət çəkən məsələlər isə;  balıqçılığın 15 mil uzadılması, BMT xəttilə Qəzza əhalisinin iş probleminin həlli, tibbi və humanitar yüklərin Qəzzaya problemsiz çatdırılması, Keçid Məntəqəsinin işinin bərpası, tibbi sahələrin fəaliyyətə başlaması, Energetika sahəsində danışıqların addım atma proseduruna keçilməsi idi.

İkinci etapda İsrailin Qəzzaya tətbiq etdiyi bütün blokada götürüləcək, hətta enerji və qadağan olan bəzi məhsulların Qəzzaya girişinə icazə veriləcəkdi

Üçüncü etapda BMT-nin böyük humanitar lahiyələri reallaşacaq, hansı ki əvvəl bu layihələr çərçivəsində  Suveyş kanalına daxil olan Misirin İsmailiyə limanı, Sinayda hava limanı və elektrik stansiyasın tikilməsi haqda məlumatlar dolaşırdı. Bu baş verərsə, bu humanitar layihələr də Qəzzaya xidmət edəcəkdi.

Onu da qeyd edək ki,İsrail tam olaraq bu razılığa əməl etməyib. Ara-bir Qəzzada hava əməliyyatları keçirərək öz vətəndaşlarına "terrorla mübarizə" apardığını və bu yolla nüfuzunu saxlamaqda meyllidir. İsrail tərəfi "terrorçu bazalar vurulmuşdur" desə də, Fələstin tərəfi hücumların boş ərazilərə həyata keçirildiyini bildirmişdilər.


İsrail-Qəzza arasında atəşkəs nə yerdədir; sionist ordu HƏMAS-la danışıq tonunu niyə dəyişdi?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması QAYDASI dəqiqləşib
    Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib.
     17.09.2019
    İmamın nəzərində pis və ən pis şəxs...
    İslamazeri.com-un "Din" rubrikasından...
     17.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ