EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.09.2019 09:52:18

İsrail prezidenti Reuven Rivlin çərşənbə günü "Likud" Partiyasının lideri Binyamin Netanyahuya 17 sentyabr seçkilərinin nəticəsinə görə koalisyon hökumət formalaşdırmağı tapşırıb.

İsrail prezidenti Reuven Rivlin çərşənbə günü "Likud" Partiyasının lideri Binyamin Netanyahuya 17 sentyabr seçkilərinin nəticəsinə görə koalisyon hökumət formalaşdırmağı tapşırıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Mən sizə hökuməti formalaşdırmaq imkanını vermək barədə qərar qəbul etdim", - Rivlin Qüdsdə Prezident Dəftərxanasında keçirilən mərasim zamanı Netanyahuya müraciət edərək deyib.

"Biz "Likud" başçısına birinci koalisiyanı formalaşdırmaq imkanını veririk, sabahkı gündən etibarən sizin 28 gün vaxtınız var, - deyə prezident davam edib. Dövlət başçısı qeyd edib ki, bu müddət daha 14 gün uzadıla bilər.

Əgər Netanyahu bu vaxt ərzində koalisiyanı formalaşdıra bilməsə, Rivlin bu imkanı Knessetin 22-ci çağırışının başqa deputatına verəcəyini bildirib.

İsrail parlamentinə (Knesset) keçirilən seçkilərin yekun nəticələrinə görə, “Kaxol Lavan” bloku qanunverici orqanda 33, Likud Partiyası 32, Ərəb Birliyinın Siyahısı 13, ŞAS (İsrailin Ultra-Dini Siyasi Partiyası) 9, Bizim Evimiz İsraildir Partiyası 8, “Yadut a-Tora” 7, “Yamina” 7, “Avoda-Qeşer” 6, Demokratik Düşərgə Partiyası 5 mandat qazanıb.


İsrail prezidenti Netanyahuya hökuməti formalaşdırmağı tapşırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ