EURO 1,923 TRY 0,2477
USD 1,7 RUB 0,0237
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.06.2020 11:01:31

Bu biznesin arxasında Keçmiş nazirlər, generallar, polis rəisləri və deputatlar durur...

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Parlamenti - Knesset marixuana istifadəsinin dekriminallaşdırılmasına dair qanun layihələrini birinci oxunuşda təsdiqləyib. Sözügedən qanun layihəsi millər vəkilləri Şaren Askel (Likud) və Ram Şef (Kaxol Lavan) tərəfindən təqdim edilib. 

Qanun layihəsi ictimai olmayan yerlərdə kannabis istifadə edən şəxslər haqqında cinayət işi açılması haqqında əmrin ləğvini nəzərə tutur. Qanun layihəsinə 61 millət vəkili səs verib.

İkinci layihə isə 21 yaşından yuxarı şəxslərin kannabis istifadə etməsinin leqallaşdırılması üçündür. Qanun layihəsinə 53 millət vəkili səs verib.

Bu biznesin arxasında Keçmiş nazirlər, generallar, polis rəisləri və deputatlar durur...

Belə ki, Kannabis - tibbi narkotika kimi satılacaq marixuananın istehsalını həyata keçirən şirkətə İntercure adlı investisiya kompaniyasının dəstək verməsi bəzi suallara səbəb olub. İntercure şirkətinə hazırda eks baş nazir, eks Hərbi Kəşfiyyatın rəisi, eks müdafiə naziri və qərargah rəisi Ehud Barak rəhbərlik edir. Kannabisin istehsalına pul yatıran tanınan İsrail rəsmilərindən təkcə eks baş nazir Ehud Barak deyil, bundan başqa bu tibbi narkotika ticarətilə məşğul olanlar arasında sabiq baş nazir Ehud Olmert, sabiq səhiyyə naziri Xaim Ramon və Dani Nave (fərqli vaxtlarda nazir olublar), sabiq Polis Baş İnpektoru Yoxan Danino, sabiq demuptat İfat Kariv, Britaniyada səfir olmuş Ron Prosor, sabiq nazir Orit Noked, kimya üzrə Nobel laureatı Aaaron Çexanover məşğul olurlar. Media siyahının tam olmadığını da qeyd edir.

Olmertin 2 milyonu marixuananın istehsalı üçün...

Univo adlı kannabis - tibbi narkotika istehsalı həyata keçirən digər şirkətə sabiq baş nazir Ehud Olmertin 2 milyon şekel (952 min AZ) investisiya qoyduğu önə çəkilir. KİV bildirir ki, bu ticarətə İsrail Ordusunun sabiq generalları, İsraildə tanınan elm adamları və sabiq Polis rəisləri də xeyli miqdarda pul yatırıblar.

Test satış...

Artıq evlərə bu kannabisin çatdırılmasının test ticarətinə də başlanılıb. Belə ki, Evə çatdırılan narkotik maddə 29.90 şekel (14 AZN) satılacaq. 

Evə çatdırılma xidmətini isə "Xafuz" adlı kuryer şirkəti öz üzərinə götürüb; bu şirkətə kannabis (tibbi narkotik maddə) daşınması üçün rəsmi lisenziya belə verilib. Zirehli avtomobillə daşınan narkotika silahı mühafizəçilərin müşaiyəti altında evlərə çatdırılacaq. Sadəcə koronavirus pandemisyasına görə, bu proqram təxirə salınıb.

İsrail mediasının yazdığına görə, bundan başqa apteklər də kannabis satışı ilə məşğul ola biləcək.


İsrail Parlamenti narkotika satışının lehinə səs verdi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda günlük COVİD 19 statistikası: 513 nəfər yoluxub, 440 nəfər sağalıb
    Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     06.07.2020
    Məşhur oteldə jurnalistlərə
    1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ