1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:09.12.2019 15:15:29

İsrail Ordusu dinlə əlaqəsi olmayan 300 nəfər gəncin hərbiyə dindar kimi çağrılmasını təsdiqləyib

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Ordusu dinlə əlaqəsi olmayan 300 nəfər gəncin hərbiyə dindar kimi çağrılmasını təsdiqləyib.

İsrail Ordusunun kadrlar idarəsinin rəisi general mayor Moti Almoz 9 dekabrda bununla bağlı açıqlma verib və faktı təsdiqləyib.

Knessetdə (İsrail parlamenti) xarici işlər və müdafiə komissiyasında açıqlama verən Almoz "Biz bunu gördük və problemlərin kökünü həll etməyə çalışdıq. Məsələni ayınlaşdırmaq lazımdır. Bu təkcə ultraortodoksların hərbiyə çağırışındakı problemdən deyil, orduya inamın məhv olmasından söhbət gedir. Ola bilər kimsə səhvə yol verib, amma həqiqətlər budur ki, çağırışçılarla bağlı kifayət qədər araşdırma və analiz aparmışıq.", -deyə bildirib.

İsrailli general ordu çağırış sisteminin səhvini qismən qəbul edərək çağırışçıların da dindar kimi orduya gəlməsində maraqlı olduğunu önə çəkib.

Almoz bundan sonra ultraortodoksların hərbiyə çağırışa gəldikləri zaman ciddi yoxlama ilə təsdiqdən sonra bu adla hərbi xidmət keçəcəklərini də qeyd edib.

İsrail Ordusunda dindar yəhudilər üçün xüsusi imtiyazlar var. Onlar istirahət günlərindən başqa şənbə günləri ancaq ibadətlə məşğul olurlar. Yeməkləri xüsusi olur və bir çox ordunun vacibi tələblərindən azaddırlar.


İsrail Ordusunda yeni qalmaqal: Dinlə əlaqəsi olmayan 300 nəfər hərbiyə dindar kimi çağrılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb - VİDEO
    İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var
     26.01.2020
    Tramp Zərifin hansı təklifinə
    İranın XİN rəhbərinin Spigel jurnalına müsahibəsində səsləndirdiyi fikirlərə Tramp cavab verib.
     26.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ