1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:04.04.2020 10:44:34

İsrail Ordusu virusun daha böyük əhatəyə sahib olacağından narahatdır

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Ordusunun Neqevdəki ən böyük təlim bazasında bir rota - 100 hərbçi karantinə alınıb.

Buna  3 hərbçinin koronavirusa yoluxması səbəb olub.

İsrail Ordusu virusun daha böyük əhatəyə sahib olacağından narahatdır - vesty.co.il yazır.

Saytın bildirdiyinə görə, cümə günü bununla bağlı MADA (Təcili Yardım Xidməti) hazırlıq vəziyyətinə gətirilib.

Bildirilir ki, orduda Səhiyyə nazirliyinin məsafəlik tapşırıqlarına əməl olunmur. Bununla bağlı fotolar da yayılıb.

Hərbçilərin yoxlanılmadan hərbi hissələrə girə bildiyini yazan İsrail Portalı 6-8 qadın hərbçinin bir otaqda yatdığını bir hərbçi qadına istinadla yazıb.

İsrail Ordusu bununla bağlı açıqlama yayaraq məsələni nəzarətə almağa cəhd etdiyini qeyd etsə də, hərbi hissələrdə işlyən  mülki vətəndaşların xəstəliyin daşıyıcıları olma ehtimalına da işarə ediblər.

Qeyd edək ki, İsrail əhali sayına görə, koronavirusa yoluxan ilk üçlükdədirBu günə olan məlumata görə, İsraildə 42 nəfər koronavirusdan ölüb, 7589 bu virusa yoluxub, daha 115 nəfərin vəziyyəti ağır, 166 nəfər isə orta ağır qiymətləndirilir. İsraildə  koronavirusa yoluxma sayının tempi çox yüksəkdir, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu 10 gün öncə bildirmiş, belə davam edəcəyi təqdirdə milyon insanın İsraildə koronavirusa yoluxacağını demişdi.


İsrail Ordusunda koronavirus: 3 hərbçi yoluxdu, 100 hərbçi karantinə alındı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ