EURO 1,8796 TRY 0,2939
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:26.09.2019 12:34:35

İsrail Ordusunun Kəşfiyyat bölməsi İranın İsrailə hücum etməsilə bağlı həyəcan təbili çalıb

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Ordusunun Kəşfiyyat bölməsi İranın İsrailə hücum etməsilə bağlı həyəcan təbili çalıb.

İsrail Ordusunun Hərbi Kəşfiyyat İdarəsinin araşdırma şöbəsinin rəhbəri Dror Şalom bildirib ki, İran İsrailə Səudiyyənin neft obyektlərinə hücum etdiyi kimi hücum edə bilər.

Kəşfiyyatın ehtimalına görə, hücum baş verərsə İran, İraq ərazisindən İsrailə hücum edəcək.

"Mənə elə gəlir ki, bu vaxt məsələsidir. Bu hücum "Yer Hava" raketləri, qanadlı raketlər və PUA vasitəsilə həyata keçirilə bilər. "Qüds" Briqadasının komandanı General Qasim Süleymanidə 1000, 1200 km yol qət edə bilən PUA-lara sahibdir. Məhz bu PUA-ladan Fars Körfəzində istifadə edib.", -deyə Şalom bildirib.

Onun sözlərinə görə, İsrail ilə İran arasında qarşıdurma ehtimalı əvvəlki illərdən daha yüksəkdir.
"Biz müharibəyə yaxınlaşırıq. İranla təhlükəli raunddayıq, bizə sükanı möhkəm saxlamaq lazımdır.", -deyə İsrail Ordusunun Hərbi Kəşfiyyat İdarəsinin araşdırma şöbəsinin rəhbəri Dror Şalom qeyd edib.

Qeyd edək ki, Yəmən "Ənsarullah"ı Səudiyyənin Aramco neft şirkətinin obyektlərinə PUA-lar vasitəsilə hücuma keçmiş, ABŞ və Səudiyyə hücumda İranı ittiham etmişdi. İran isə bütün ittihamları rədd edərək, Səud və dəstəkçilərinin Yəmənin gücünü etiraf etmək istəmədiyinə və İslam Respublikasına təzyiqləri artırmaq üçün bu ittihamların səsləndirildiyini açıqlamışdı. 


İsrail Kəşfiyyatı: Süleymaninin 2 min km məsafə qət edən PUA-ları var, hər an vurula bilərik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Növbədənkənar parlament seçkiləri üzrə təşviqat kampaniyası yanvarın 17-də başlayacaq
    Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
     07.12.2019
    Həzrət Məsumənin (s) vəfat günüdür - FOTO
    Yeddinci İmam Həzrəti Museyi Kazimin (ə) qızı Həzrət Məsumənin (s) vəfat günüdür
     07.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ