1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.01.2019 13:50:10

Malayziyanın baş naziri deyib ki, Malayziya höküməti sionist idmançıların Malayziyaya daxil olmaları üçün lazımi sənədləri verməyəcək

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Malayziyanın baş naziri deyib ki, Malayziya höküməti İsrail idmançıların Malayziyaya daxil olmaları üçün lazımi sənədləri verməyəcək.

Mahatir Muhəmməd müxbirlərlə müsahibədə Malayziyanın sionist rejimin işğalçılıqları və cinayətləri qarşısında  Fələstin xalqını himayə siyasətini bir daha vurğulayıb.

"Bu siyasətə əsasən, Malayziya paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatında iştirak üçün İsrail  idmançılarına viza verməyəcəkdir.", - deyə baş nazir bildirib.

Paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatı 2019-cu il iyulun 25-dən avqustun 4-dək Malayziyanın Kuçin şəhərində keçirilməlidir.

Malayziya baş nazirinin sözləri bəzi mediaların qeyd olunan yarışlarda iştirak məqsədilə İsrail idmançıların Malayziyaya daxil olmaları üzrə vizanın alınması üçün sionistlərin Kuala-Lumpura təzyiq göstərmələri barədəki məlumatlarından sonra yayılıbdır.

Malayziya İsrail rejimilə diplomatik əlaqələrə malik deyil. Malayziyanın hökuməti və xalqı daim beynəlxalq arenalarda Fələstinin lehinə səsvrmələrdə iştirak etmiş və fələstinlilərin yanında olmuşlar.


İsrail idmançıları Malayziyaya buraxılmayacaq - baş nazir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ