EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:10.08.2017 18:11:22

İsrail rejiminin cənub qüvvələrinin komandiri HƏMAS-a xəbərdarlıq edərək, fələstinlilərin evlərini havaya uçurmaqla təhdid edib.

İslamazeri.com-un “Haaretz”-ə istinadən verdiyi xəbərə görə, sionist İsrail rejiminin ordusu HƏMAS-ın tunelləri ilə mübarizə aparmaq üçün yeni üsullar tapdığını elan edərək, altında tunel olan evləri havaya uçurmaqla təhdid edib.

Yeni layihəyə əsasən, yer səthindən 6 metr hündürlükdə, 10 metr isə yerin dərinliyinə girən beton divarlar düzələcək. Bu layihənin büdcəsi 933 milyon dollar olaraq hesablanıb.

Bu barədə çıxış edən general Ayal Zəmir bildirib: “Fikrimcə HƏMAS, bu maneələrin hazırlanması ilə vəziyyəti yenidən dəyərləndirməlidir. HƏMAS İsraili sınamamalıdır. HƏMAS bu maneələrə görə müharibə başlatmaq istəsə, müharibə üçün əlimizə bəhanə vermiş olacaq. Bu divarlar nəyin bahasına olursa olsun hazırlanacaq.”

Qeyd edək ki, 1.5 il öncə start verilən layihə, hazırda Qəzza zolağı sərhəddində yerləşən 6 bölgədə icra edilir. İsrail rejimi oktyabr ayının sonunadək 1000 fəhləni bölgənin 40 yerində gecə-gündüz bu məqsədlə işlədir.

 


İsrail HƏMAS-ın tunelləri ilə yeni mübarizə metodu hazırlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ