1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:03.04.2020 11:42:14

İsraildə koronavirusa yoluxma halı günü gündən çoxalır

İslamazeri.com xəbər verir ki, İsraildə koronavirus xəstələrinin sayı hər gün sürətlə artır. Bir gündə 174 nəfər koronavirusa yoluxub.

Ümumi say isə 7030 nəfərə çatıb.

İsrail alimləri koronavirusla bağlı çox qorxulu açıqlamalar vermişdi.   The Times Of Israel qeyd etmişdi ki,  epidemiyanın çox pis ssenarisi baş verərsə  1 milyon 440 min nəfər İsraildə COVİD-19-a yoluxacaq,  21600 nəfər dünyasını dəyişəcək.

Worldometers göstəricilərinə əsasən İsrail koronavirusa yoluxmaya görə, hazırda dünya üzrə 18-ci yerdədir.

Lakin əhali sayına baxdıqda əhalisinin sayı 10 milyondan aşağı olanlar arasında İsrail ilk 3-lükdədir.  Belə ki, yoluxma ilə bağlı əhali sayına görə liderlik edən, lakin əhalisinin sayı az olan İsveçrə, Avstriya ilə eyni sırada olan İsraildə koronavirusa yoluxma tempi də yüksəkdir. İsveçrədə yoluxma sayı 18,827 əhalisinin sayı -  8 847 020, Avstriyada yoluxma sayı  11,224 - əhalisinin sayı 8 716 681-dir. İsraildə yoluxma sayı 7030, əhali sayı 8 833 594-dür.

Onu da qeyd edək ki, ötən günlərdə Netanyahu əgər İsraildə tədbir görülməsə, koronavirusa yoluxanların sayı 1 milyona çatacağını demişdi.

İsrailin 7kanalı bu xəbəri yayaraq Netanyahunun belə dediyini qeyd etmişdi: "Mən dünyada bu məsələ ilə bağlı nə baş verdiyini izləyirəm. Mən müxtəlif ssenariləri müqayisə edirəm, mütəxəssislərlə məsləhətləşirəm. Bizdə koronavirusa yoluxma sayının tempi çox yüksəkdir. Əgər keçən həftə 500 nəfər bu xəstəliyə yoluxmuşdusa, indi bizdə bu say 1600-dür. Belə çıxır ki, gələn həftə on minlərlə olacaq? Əgər tez bir zamanda bunun qarşısı alınmasa milyon insan koronavirusa yoluxacaq."


İsrail əhalisinin sayı az olanlar arasında koronavirusa ən çox yoluxan üçlükdədir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ