1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:30.08.2019 22:42:57

"İraqdakı silahlıları vurmaq üçün İsrail dronlarının Bakıya gətirilməsi yalandır"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail dronlarının İranın dəstəyi ilə İraqda döyüşən silahlıları vurmaq üçün Azərbaycana gətirilməsi xəbərinin yalan olduğunu bildirib.

"Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", bunu XİN mətbuat katibi Leyla Abdullayeva bildirib.

Bir sıra xarici mətbuat orqanlarının yazdığı məlumata görə, İraqda İranın dəstəklədiyi döyüşçüləri hava hücumlarına məruz qoymaq üçün ABŞ İsrail dronlarını Azərbaycana gətirib.

İraqdakı "Həşdi-Şabi"nin (Xalq Səfərbərliyi Qüvvələri) komandiri Əbu Mehdi Əl-Mühəndis ABŞ-ı İraq və İranı vurmaq üçün İsrail dronlarını Azərbaycana gətirməkdə ittiham edir", AMN qəzeti yazır.

Məlumatda həmçinin deyilir ki, İsrail mütəxəssisləri havada idarə olunan avadanlıqları sınaqdan keçirmək üçün Bakıya göndərib.

İddialara görə, 2017-ci ildə "Orbiter 1K" sistemi Azərbaycan Silahlı Qüvvələrinə nümayiş etdirilərkən onun sınaq üçün erməni hərbi mövqelərinə qarşı istifadə olunması tələb olunub. Lakin bu sınağı uğurla həyata keçirmək mümkün olmayıb. Bunu "The Times of İsrael" qəzeti yazır. (BBC)


İsrail dronlarının “Həşdi-Şabi” silahlılarını vurmaq üçün Azərbaycana gətirilməsi xəbərinə XİN-dən REAKSİYA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ