EURO 1,8691 NEFT 51,08
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:16.12.2016 11:31:01

Netanyahu Qazaxıstan səfəri zamanı Ayətullah Xameneinin "Daha əvvəl də dediyim kimi, əgər müsəlmanlar fələstinlilərlə birləşib döyüşsəydi, Sionist rejim 25 ildir mövcud olmazdı" açıqlamasına cavab verib...

İslamazeri.az "Sputnik"ə istinadən xəbər verir ki, İsrail rejimi Baş naziri Benyamin Netanyahu İranın Ali Lideri Ayətullah Əli Xameneinin İsraillə bağlı açıqlamasına cavab verib. Natanyahu "Dovşan yox, aslanıq. Bizi təhdid etsəniz, özünüzü təhlükəyə atarsınız" - deyib.

Netanyahu Qazaxıstan səfəri zamanı İranın Ali Lideri Xameneinin "Daha əvvəl də dediyim kimi, əgər müsəlmanlar fələstinlilərlə birləşib döyüşsəydi, Sionist rejim 25 ildir mövcud olmazdı" - açıqlamasına cavab verib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İsrail rejimi Baş nazirinə İran Prezidenti Həsən Ruhaninin gələn həftə Qazaxıstana səfər edəcəyini xatırladıb, ona bir mesajı olub olmadığını soruşub.

"İRANIN İSRAİLİ MƏHV ETMƏK İSTƏDİYİNƏ İNANIRAM"

Netanyahu sualı "Dovşan yox, aslanıq. Əgər bizi təhdid etsəniz, özünüzü təhlükəyə atarsınız" - deyərək cavab verib.
İranın İsrailə qarşı siyasətini dəyişdirəcəyi təqdirdə də eyni şəkildə qarşılıq veriləcəyini bildirən Netanyahu, Nazarbayevin "Həqiqətən də İranın İsraili yox etmək istədiyinə inanırsınızmı?" sualına isə "Bəli, inanıram" cavabını verib.

Qeyd edək ki, Ayətullah Xamenei ilə yanaşı İranın müdafiə naziri Hüseyn Dehqan həftənin əvvəlində ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Yaxın Şərqdə hansısa bir müharibə başladacağı təqdirdə bunun İsrailin yox edilməsinə yol aça biləcəyini söyləmişdi.

Dehqan bu açıqlamanı Trampın rəsmi Tehran ilə P5+1 ölkələri arasındakı nüvə sazişini ləğv etmə ehtimalına göndəriş kimi edib.

Çünki Tramp kimi müqaviləyə qarşı çıxan Natenyahu da bu barədə yeni seçilmiş prezidentlə görüşməni səbrsizliklə gözlədiyini bildirmiş və ağlında müqaviləni ləğv edə biləcək "5 şey" olduğunu demişdi.


İsrail Baş nazirindən Ayətullah Xameneiyə: "Dovşan yox, aslanıq!"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtən 5 min eşşəyin axtarışı: “8-ci kilometr” bazarında murdar ət satışı... - VİDEO, FOTOLAR
    Azərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, “Leşyığanlar mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür.
     28.03.2017
    Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi
    Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ