EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:21.07.2018 23:26:40

Lakin valideynlər xüsusən bu ərəfələrdə diqqətli olmalı, övladlarının belə həssas məqamlarında onlara diqqət ayırmalıdırlar.

İlin sonuncu qəbul imtahanlarına bir neçə gün qalıb. Abituriyentlər ikinci dəfə imtahan verməklə, sonuncu şanslarından yararlanırlar. Lakin bəziləri istər birinci, istərsə də ikinci imtahan zamanı zəif nəticə göstərməklə, psixoloji yenilgidən özlərini xilas edə bilmirlər. Bunun bir çox səbəbləri var. Bəlkə də ən birincisi valideyn basqısıdır.

Lakin valideynlər xüsusən bu ərəfələrdə diqqətli olmalı, övladlarının belə həssas məqamlarında onlara diqqət ayırmalıdırlar.

Ümumiyyətlə, imtahanlardan sonra abituriyentlərin nəticəsi zəif olduğu halda ailələrin diqqət etməsi lazım olan məsələlər hansılardır?

İslamazeri.com xəbər verir ki, bununla bağlı Azedu.az psixoloqların fikrini öyrənib. Psixoloq Gülnarə Səttarovanın sözlərinə görə, valideynlər də övladları ilə birlikdə sanki imtahana girir, onlarla birlikdə həyəcan keçirir, bəzən sevinib, bəzənsə birlikdə kədərlənirlər. Bu isə çox böyük xətadır:

"Valideynlər bununla uşaqlarını motivasiya etdiklərini düşünüb hər dəfə bu haqda danışırlar. Qatılacaqları imtahanların onların həyatında nə qədər önəmli olduğunu, gələcəkdə uğurlu fərd ola bilmələri üçün mütləq bu imtahanı qazanmalarının vacibliyini dönə-dönə xatırladırlar. Əvəzində imtahan nəticəsinin uğursuz olduğu halda valideynlərin bu kimi psixoloji təsirləri abituriyentdə müəyyən şüuraltı zədələrin yaranmasında mühüm rol oynayır”.

Onun sözlərinə görə, imtahanlardan sonra valideynlər uşaqlarını nəticədən asılı olmayaraq, mükafatlandırmalıdırlar. İmtahan ballarını hesablamaq, "görəsən, hansı universitetə, fakültəyə daxil olacaq” təxminlərini etmək yerinə, birlikdə dincəlmək və zaman keçirməyə qərar verməlidilər:

"Gələcəklə bağlı neqativ düşünmək gənclərin ovqatına daha pis təsir edər. Gələcəklə bağlı hər zaman bir seçim və ümid var. İmtahan nəticələri bilinmədən ehtimallar və seçimlər üzərində danışmaq çox yararlı olmaya bilər. Bu, əksinə, uşaqlara olan sağlam münasibətlərinizə zərər verə bilər. Başqalarının yanında inam qazandırmaq lazımdır, tənqid etmək yox! İmtahan nəticəsinə hazırlıqlı olmaq lazımdır!

Nəticə nə olursa-olsun, valideynlər uşaqla bağlı üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Seçimləri düzgün dəyərləndirməli, sakit və ağıllı davranmalıdırlar. Həyat və imtahan bir-birindən çox fərqli ola bilər. Çünki imtahanda uğursuzluqla qarşılaşmaq, həyatda da hər zaman uğursuzluqlarla qarşılaşmaq demək deyil. Abituryent imtahanda gözlədiyi nəticəni əldə etməmişsə, çalışmaq istəyi varsa və bacarığına inanırsa, təkrar hazırlamasına dəstək olun. Uşağınız təkrar girmək istəmirsə, həyata atılmağına kömək edin. Unutmayın! Həyatda bacarıqlı və xoşbəxt olmanın tək yolu imtahan qazanmaq deyil, iş həyatına başladıqdan sonra təhsili tamamlamaq mümkündür. Universitet oxumadığı halda belə həyatında çox xoşbəxt və işində bacarıqlı olan insanlar vardır”.

Psixoloq Arzu Məmmədovanın sözlərinə görə, əgər övladınız öz potensialına uyğun, yaxud ondan aşağı bal toplayıbsa, bu zaman dünyanın sonu olmadığını bilməliyik, çünki hər il qəbul imtahanları olur:

"Dövlətimiz abituryentlərə, ümumiyyətlə, tələbə adını qazanmaq istəyən vətəndaşlara çox gözəl şərait yaradıb ki, onlar dəfələrlə öz şanslarını, biliklərini yoxlasınlar. Bu şansı valideynlər dəyərləndirməyi bacarmalıdırlar.

Övladınıza birinci növbədə dəstək olmalısınız, onunla dost kimi davranmalısınız. Əgər o, sizi yanında bir dost kimi bilsə, daim problemlərini sizinlə bölüşəcək. Əgər siz söyləsəniz ki, "qonşunun uşağı qəbul oldu, sən qəbul ola bilmədin” və s., o zaman təbii ki, uşaqda ağır psixoloji problemlərə, depressiyalara, intihara, qidalanma nevrozlarına, nevrotik hallara rast gələcəkdir. Ona görə də bu halların qarşısını almaq üçün mütləq ailə dəstəyi lazımdır”.


Zəif nəticə göstərən abituriyentlər belə məhv edilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kafirlərin müsəlmanlar üzərində olan PLANI - Ayətullah Behcətin dilində...
    "Onlar ilk öncə dinimizi əlimizdən alır, daha sonra isə sərvətimizi talan edirlər."
     17.11.2018
    Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib
    O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ