EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:18.05.2017 15:58:33

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirində ilk finalçı məlum oldu.

Bu, Əlcəzair komandasına 2:0 hesabı ilə qalib gələn Azərbaycan futbolçularıdır.

Hər iki tərəf oyuna fəal başladı və qol vurmaq üçün bir neçə əlverişli imkana malik oldu. Lakin həlledici məqamlarda ya zərbələr dəqiq alınmır, ya da qapıçılar etibarlı oynayırdı. Təhlükəli vəziyyətlərin sayı baxımından azacıq üstünlük Əlcəzair komandasının tərəfində olsa da, hesabı yerli futbolçular açdılar. Bu, 39-cu dəqiqədə baş verdi - standart vəziyyətdən qapı qarşısına göndərilən topa Ruslan Abışovun başla zərbəsi zamanı qapıçı topu geri qaytarsa da, onun təkrar zərbəsindən sonra top qapıdan keçdi.

İkinci hissədə də ssenari dəyişmədi. Amma qarşılıqlı hücumlar şəraitində keçən oyunda yenə Azıərbaycan komandası fərqləndi. İkinci qol da standart vəziyyətdən vuruldu - 58-ci dəqiqədə müdafiəçilərin təhlükəli zonadan uzaqlaşdırmağa çalışdığı topu ələ keçirən Məqsəd İsayevin uzaq məsafədən endirdiyi zərbə rəqib qapıçı üçün qarşısıalınmaz oldu.

Qalan vaxtda tərəflər çox şalışsalar da, matçda başqa qol olmadı və Azərbaycan yığması finala vəsiqəni təmin etdi. Onların həlledici görüşdə rəqibi start fiti bu gün saat 18-30-da səslənəcək Kamerun - Oman qarşılaşmasında müəyyənləşəcək.

Əlcəzairlə oyunu Azərbaycan komandası bu heyətdə keçirdi: Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Rəşad Sadiqov, Coşqun Diniyev, Elşən Abdullayev, Ağabala Ramazanov, Mahir Mədətov (Orxan Əliyev, 81), Ruslan Abışov (kapitan), Məqsəd İsayev (Tellur Mütəllimov, 77), Azər Salahlı, Vüqar Mustafayev (Elvin Camalov, 72).


İslamiada: Millimiz finalda

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
    Tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolunu yenidən qurulmasına başlanıb.
     27.05.2017
    DTX rəisi:
    DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu və təbii ki, burada casuslar da var: "Ancaq biz onları zərərsizləşdiririk".
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ