EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.01.2019 20:25:11

Siyasi Məhbusların Azadlıq İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və “İslamçı məhbusların Müdafiə Komitəsi” bəyanat yayıb

Siyasi Məhbusların Azadlıq İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və “İslamçı məhbusların Müdafiə Komitəsi” bəyanat yayıb. Bəyanatda deyilir:

 

"Son zamanlar ölkənin dini kəsiminə qarşı nümayiş etdirilən çeşidli haqsızlıq və repressiyalar bütün mümkün hədləri aşıbdır. 

 

Yola saldığımız 2018-ci ildə məhkəmələr tərəfindən inanclı insanlara, ortalama, 600 ildən (?!) artıq iş kəsilməsi sağlam məntiqə sığmayan acı bir faktdır və bu, şübhəsiz ki, vəziyyətin kritik həddə çatmasından xəbər verir. Hətta, 10,15, 20 il cəza almış dindar vətəndaşlarımız həbsxanalarda da rahat buraxılmır,- qisasçılıq və şiddətlə üzləşirlər. Belə ki, cəzasını qapalı tipli həbsxanada çəkən siyasi məhbus hacı Taleh Bağırzadəyə yönəlik qərəzli münasibət hələ də davam etməkdədi. O, zaman-zaman anlaşılmaz təxribatlara çəkilir, müxtəlif uydurma bəhanələrlə fiziki və mənəvi işgəncələrə məruz qalır. Əliyalın, köməksiz və zərrə qədər də günahı olmayan Əbülfəz Bünyadovu polis maşınında güllələyib yarımcan vəziyyətə saldıqları bəs deyilmiş kimi, günü bu gün də ona qarşı analoqu olmayan ədalətsizlik nümayiş etdirilir və sivil dünyanın göz-bəbəyi kimi qoruduğu bütün humanizm prinsiplərini tapdayaraq, iflic vəziyyətinə saldıqları insanı həbsxana kamerasında ölümlə üzbəsurət qoyurlar. Penitensiar xidmət əməkdaşları aldıqları sifarişə əsasən, 13 il həbs cəzasına məhkum olunmuş Azərbaycan İslam Partiyasının sədri, siyasi məhbus Mövsüm Səmədovu “islah” etmək adıyla üzünə yalançı şahidlər durdurur, “barakda” namaz qıldığını cinayət kimi qələmə verir və qərəzli şəkildə onun cəzaçəkmə şəraitini ağırlaşdırırlar.

 

Bununla bərabər, mömün bir insanın şərlənərək tutulduğunu görməzdən gəlir və onun sağlamlıq durumu ilə əlaqədar bütün haqlı tələb və şikayətlərini qulaqardına vururlar. Çox təəssüf ki, oxşar, bəzənsə eyni münasibət siyasi məhbus siyahısında adı keçən əksər islamçı məhbuslara ( habelə, artıq “hicab məhbusu”, “namaz məhbusu” və s. bu kimi epitetlər qazanmış məhbuslara) qarşı sərgilənir. Biz, mütamadi olaraq bəzi inanc sahiblərinin daima təhdid altında saxlanmasının, onlara əsassız təzyiq və tənələr edilməsinin, bəznsə hətta, sorğu-sualsız fiziki surətdə məhv edilməsinin şahidiyik. Təbii ki, belə qeyri-sağlam münasibətlər sistemi ictimai fikirdə, istər-istəməz etiraz, qəzəb və nifrət hissi doğurmalıdır...və doğurur da! Bu insanların günahı nədir? Bəlkə onların öz ölkəsinə, öz xalqına ləyaqətli, mənəviyyatlı və əxlaqlı həyat arzu etməsidir? Bəlkə onların “günahı” ədalətli və azad, xeyirxahlıq və sevgi ilə dolu bir cəmiyyət axtarışıdı?.. Cənablar, əslində bu insanları qorxutmaq, həbs etmək, sındırmaq, yaxud öldürmək yox, QORUMAQ, onlarla QÜRUR DUYMAQ lazımdır.

 

Biz, bütün bu ədalətsizliyə, haqsızlıq və qanunsuzluğa öz qəti etirazımızı bildirir və hakimiyyəti bu sayaq qeyri-insani davranışa son qoymağa səsləyirik. Biz, bütün siyasi və vicdan məhbuslarına AZADLIQ tələb edirik! Biz siyasi məhbuslarsız Azərbaycanda yaşamaq istəyirik! Və biz inanırıq ki, İLAHİ ƏDALƏT qalib gələcək. Mütləq qalib gələcək! Sadəcə, geci-tezi var!"


İslamçı Məhbusların Müdafiə Komitəsi bəyanat yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ