EURO 1,9941 NEFT 62,35
USD 1,7002 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.03.2017 12:24:26

Dünəndən etibarən İslamazeri.az informasiya portalına bəzi provayderlərdən giriş məhdudlaşdırılıb

Saytın izləyiciləri deyir ki, onlar portala daxil olmaqda çətinlik çəkirlər. İslamazeri.az saytının baş redaktoru Ramin Bayramov bununla bağlı müraciət yayıb.

Baş redaktorun yaydığı müraciətdə deyilir ki, İranın "Səhər" telekanalında İslamazeri.az saytında verilən xəbəri əlavələrlə təqdim etdikdən sonra belə problem meydana çıxıb.

""Fatimeyi Zəhra" məscidinin səhifəsilə bağlı saytlardan birində dərc olunan xəbəri istinadla verdik. Səhər TV isə bu xəbəri  İslamazeri.az-a istinadla saytında dərc edib və kanalında da efirə verib, üstəlik, əlavələr və təhrif edib, . Nəticədə bizim sayta giriş (islamazeri.az - red.) məhdudlaşdırılır. Sanki o xəbərdə yazılanlar bizim fikirlərimizdir. Heç xəbəri ilk hazırlayıb öz saytında dərc edənin də fikirləri deyil. Yalnız Səhər TV-nin öz məhsuludur" - R.Bayramov bildirib.

 

İslamazeri.az-ın istinadla verdiyi xəbər:

 

"Fatimeyi-Zəhra" məscidinin rəsmi "Facebook" səhifəsi hakerlərin nəzarətinə keçdi

 

Ramin Bayramov deyir ki, baş redaktoru olduğu İslamazeri.az-da dərc olunan xəbərlərə cavabdehdirlər: "Biz öz fikir və xəbərlərimizə cavabdehik, yeri gələndə tənqid də edirik. Amma belə olmaz, hədəfə məruz qoy, səfirinizə hesabat verəndə də "Azərbaycan saytlarının xəbərini oxuduq" deyin".

Ramin Bayramov Səhər TV-dən səhvlərini düzəltməyi tələb edib.

 

Səhər TV-nin saytında verilən xəbəri: Fatimeyi Zəhra(s) məscidinin internet portalına kibernetik hücum

Efirində hazırlanan süjet:  XƏBƏRLƏR 16-03-2017 -01  (02:21 dəq.)

İslamazeri.az-ın baş redaktoru məsul şəxlərə xatırladır ki, bundan öncə sayt bloklanmışdı, sonra bununla əlaqədar Azərbaycan Respublikasının Prezidentinə şikayət edilib və problem həllini tapıb: "İndi əgər səbəb İran telekanalındakı xəbərdirsə, bu, bizə qarşı təxribatdır, istər bilərəkdən olsun, istərsə də bilməyərəkdən. Bu məsələ kökündən həll olunmasa yenə sayt adından Prezidentə, köməkçisinə, daha sonra beynəlxalq qurumlara müraciət edəcəyik. Bildirəcəyik ki, Prezidentin göstərişilə açılan sayta giriş məhdudlaşdırılıb. Daha sonra məhkəmələrə - ilk məhkəmə instansiyasından Avropa məhkəməsinə kimi müraciət edəcəyik. Ümidvarıq ,buna ehtiyac qalmaz və bu bayram günlərində problem və anlaşılmazlıq həllini tapar."

Qeyd edək ki, bir neçə gün öncə yerli saytlardan biri "Fatimeyi Zəhra" məscidinin rəsmi facebook səhifəsinin hakerlər tərəfindən ələ keçirilməsilə bağlı xəbər yaydı. Sözgüdən məlumatı İslamazeri.az portalı olduğu kimi öz saytına yerləşdirdi. Bundan sonra İranın Səhər TV saytı və kanalı xəbərə öz fikirlərini əlavələr edib və İslamazeri.az-ın məlumatı kimi təqdim edib. SəhərTV "Fatimeyi Zəhra" məscidinin ərazisilə bağlı problemi, məscidin yenidən sökülməsi təhlükəsi olaraq təqdim edib.


İslamazeri.az-ın baş redaktoru müraciət yaydı: TV, saytın xəbərini təhrif edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda zavodda partlayış: Ölən və xəsarət alan var
    Bakıda zavodda partlayış olub.
     20.11.2017
    Terrorçular təslim oldu, aralarında azərbaycanlı azyaşlı da var... VİDEO
    Azərbaycanlı azyaşlı İŞİD-çinin də aralarında olduğu onlarla terrorçu təslim olub
     20.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ