1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:04.07.2019 10:03:31

İslam İnqilabının rəhbəri İranın həcc üzrə məsul şəxsləri ilə görüşüb.

İslam İnqilabının rəhbəri  İranın həcc üzrə məsul şəxsləri ilə görüşüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, o görüşü zamanı Səudiyyə hökumətinin mühiti təhlükəsizlik vəziyyətinə salmadan zəvvarların təhlükəsizliklərini təmin etmək, hacıların hörməti və ləyaqətini qorumaq sahəsində ağır vəzifəyə malik olduğunu bildirib.

Seyid  Xamenei bu görüşdə həccdə birlik, məzlumları müdafiə və müşriklərin rədd olunması kimi zəruri siyasi anlamların mövcud olmasına işarə edərək deyib: "Birlik, Fələstin və Yəmən xalqları kimi məzlumların himayə olunmaları və ya müşriklərin rədd edilmələrinin hamısı siyasi işlər və İslam təlimlərinə uyğundur. Buna görə, həccin siyasi miqyası elə həmin ibadət və dini borcdur."

"Siyasi və dini hərəkətlərin kənarında qeyri-dini və şeytani siyasi hərəkətlər də mövcuddur. Məsələn, desinlər ki, həccdə Amerikaya etiraz etməsinlər və ya müşrikləri rədd etməsinlər. Muşriklərin rədd olunmaları islami bir fərizə və lazım olan bir işdir. Elə buna görə də biz israr edirik ki, bu məsələ hər il ən yaxşı tərzdə həyata keçirilsin. Dünya zorakılarının müsəlman xalqlara qarşı təhlükəsilzik, iqtisadi, mədəni, ictimai və siyasi xarakterli vəhşicəsinə hücumları onların islami maarif ilə ədavətlərinin dərinliyini göstərir. İslami cəmiyyətlərin İslam əsasları və şəriətinə sadiq olmaları və onların zorakılıqlar qarşısında təslim olmamaları İslam Ümmətinin qələbəsi, tərəqqisi, məsləhəti və xilasının mənbəyi olacaq.", -deyə İslam İnqilabının rəhbəri əlavə edib.

Ayətullah Xamenei sözlərinin sonunda müsəlmanların inkişafla yanaşı olan gələcəyinin reallaşmasının həmkarlıq, mübarizə və səyə ehtiyaclı olduğunu bildirərək deyib: " Allah-Taalanın köməkliyi ilə İran xalqı və İslam Ümmətinin vəhşi və yırtıcı düşmənləri nəhayət İslam qarşısında diz çökməyə məcbur olacaqlar."


İslam Ümmətinin vəhşi və yırtıcı düşmənləri diz çökəcək - Ayətullah Xamenei

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ