EURO 2,0067 NEFT 74,79
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:14.03.2018 12:44:27

Oxucu sual verir: İslam tarixinə aid kitablarda adı keçən və Həzrət Mühəmməd Peyğəmbərin (s) müasiri olmuş Həbəşistan hökmdarı Nəcaşi kimdir?

“Nəcaşı” Həbəşistanın xristian hökmdarlarına müsəlman mənbələrində verilən addır. “Nəcaşi” (nequs, nquse) konkret bir şəxsin adı deyil, ümumilikdə Həbəşistan hökmdarlarının ləqəbi idi. 1975-ci ildə Efiopiyada monarxiya rejimi devrilənə kimi dövlət başçıları bu ləqəbi daşıyırdılar. Müsəlman salnamələrində Həzrət Mühəmməd Peyğəmbərin (s) dəvət məktubunu almış həbəş hökmdarı “nəcaşi” adlandırılır. Bu, həmin ərazidə yerləşən Aksum dövlətinə başçılıq etmiş Ella-Səhamdır (625-640). Ərəb mənbələrində onun adı “Əshəmə” kimi verilir. O və ya ondan əvvəlki nəcaşi Həbəşistana hicrət etmiş müsəlman mühacirlərə sığınacaq vermişdi. Hicri 7-ci (miladi 628-ci) ildə İslam Peyğəmbərinin məktubunu alan nəcaşi o həzrətə öz ehtiramını bildirərək bir neçə hədiyyə göndərdi. Rəvayətə görə, hətta nəcaşi gizli şəkildə İslam dinini qəbul etmiş, amma bunu camaata bildirməmişdi. Nəcaşi iki il sonra vəfat etdi. Onun vəfat xəbəri Mədinəyə gəlib-çatmazdan əvvəl Peyğəmbər bu barədə öz səhabələrinə məlumat vermiş və nəcaşinin ruhuna qiyabi olaraq cənazə namazı qılmışdı.(islamazeri.com)


İslam tarixinə aid kitablarda adı keçən Həbəşistan hökmdarı Nəcaşi kimdir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur
    Ümumilikdə 51 baş qoyun tələf olub, 213 başı isə ağır zəhərlənib və təlafatın artacağı istisna olunmur.
     19.06.2018
    Ənsarullah: Səud ittifaqının Hudeydədə irəliləməsi dayandırıldı
    "Ənsarullah" hərəkatı Səud rejiminin başçılıq etdiyi ittifaqın Hudeydə hava limanına doğru irəliləməsinin dayandırıldığını açıqlayıb.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ