Əfqanıstanda polis idarəsində terror aktı törədilib.

İslamazeri.com-un “TOLOnews”-ə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan İslam Respublikasında polis idarəsinə terror hücumu edilib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində 13 nəfər həlak olub və 20-si dinc sakin olmaqla, 55 nəfər xəsarət alıb.
Hücumda 8 nəfərin iştirak etdiyi qeyd edilir.
İslam Respublikasında polis idarəsinə qanlı hücum