EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:23.05.2017 12:38:12

Küçə döyüşündən müsəlman döyüşünə davam

 

Xülasə budur ki, Səudiyyə Kralı Salman bin Əbdüləziz Al Səudun böyük təmtəraq və yaltaqlıqla qarşıladığı ABŞ prezidenti Tramp ərəb ölkələrinə səfərini davam etdirsə də, Səudiyyədəki səfəri başa çatıb. Bunu da qeyd edək ki, bu arada bizim də canfəşanlıqla açdığımız, milləti saatlarla tıxaclarda saxladığımız İslam qardaşlıq və həmrəylik oyunlarımız başa çatdı. Əlbəttə bunu da diqqətinizə çatdırım ki, bitən Azərbaycandakı “islam” oyunu deyil, İslam həmrəylik oyunu idi. Nə qədər ki, Azərbaycandakı ictimai əmniyyəti gözü götürməyənlər var, elə bizim oyunlar davam edəcək. İslam qardaşlıq və həmrəylik oyunundan qayıdan “müsəlmanlar” yenidən bir-birilərini (Amerika və israilə xoş getsin deyə) cırmaqlamaqda olsunlar, mən isə əziz oxuculara bir neçə sual ünvanlayım. Sualları kimdən başlayaq? Uzağa getməyək. Elə Trampın özündən.

Diqqətinizə çatdırım ki, insanlıqdan kənar olan küçə döyüşlərinə daim sponsorluq edən Tramp müəllimin “birdən-birə” ABŞ prezidenti olması dünya ilə yanaşı, Amerika xalqını da çaşqınlıqda saxlamaqdadır. Öz ölkəsində belə təmtəraqla qarşılanmayan, ədaləti, insanlığı və sair idarəçilik keyfiyyətləri hələ də öz xalqı üçün sual altında olan Trampın ərəb müsəlman ölkələrində belə qarşılanmağına səbəb nədir görəsən? Hələ bu bəs deyilmiş kimi 90 faiz müsəlman ölkə nümayəndələrinin bir gecəyə Ər-Riyada, Trampın ətrafına yığılması nədən xəbər verir? Əlbəttə bütün gedişatdan, keçirilən konfransların məzmunundan görünən cavab və əsas məsələ İran, İran və yenə də İrandır.

Bununla işim yox. Əlbəttə qonşu ölkə kimi işimiz çoxdur. Amma bu məsələyə hələ toxunmaq istəməzdim. Çünki daha mühüm düşüdürücü məqamlar və suallar var. Başlayaq elə Trampın Səudiyyədə təşkil etdiyi ilk konfransın mövzusundan. Konfrans məruzəçisi sürətli nitqlə bir nəfəsə deyir: “Bu gün Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri sammit “Birlikdə güclüyük” devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və”... Ay qardaş, bir dayan! Nəfəs al. Kim harada, hansı mövzuda nəyi müzakirə edir? Məgər uzun illərdi müsəlman ölkələrinin başına bomba yağdıran, qətliam edən, mövcud hakimiyyətlərini dağıdan elə Amerika özü deyilmi? Uzun illərdir məzlum Fələstin xalqının xeyrinə bir cümlə belə işlətməyən Ağ ev və digər ədalət gözlədikləriniz deyilmi? Uzun illərdir ədəbiyyatı özündən, milləti özündən, ərazisi və ən əsası dini özündən olan Fələstin xalqının qırılmasına seyredici qalan Səud krallığı deyilmi? Neçə ildi ədəbiyyatı, milləti , ərazisi və ən əsası dini özündən olan məzlum Yəmən və Bəhreyn xalqının başına bomba yağdıran, uşaqları qətliam edən, xəstaxanalarda teror edən, dinc əhalini gülləbaran edən, məktəbləri raketlərlə partladan Səud krallığı deyilmi? Dinc ərəb ölkələrində terror və zorakılığı himayə edən məhz Amerika və Səud cütlüyü deyilmi? Bu vaxta kimi bütün bu olanlara seyredici qalan islam dövlətləri Amerika prezidentini Səudda qarşılamasının anlamı nədir? Bəlkə bütün bunlar “ya bizimləsiz, ya da aqibətiniz Əfqanıstan, İrak, Fələstin, Suriya, Yəmən, Liviya, Bəhreuyn, Misir kimi olacaq” təhdidini eşitməmək üçündür?

Bütün bunları bildiyimiz halda necə müsəlman dövlətləri birdən-birə “birlikdə güclüyük” adlı konfransa qatılıb uzun illərdi məzlum Fələstin xalqını himayə edən, Suriya döyüşlərində mövcud hakimiyyəti dəstəkləyən və nahaqdan tökülən qanı durdurmağa çalışan, o cümlədən Qarabağ müharibəsi vaxtı minlərlə məcburi köçkünləri himayəsinə götürən digər müsəlman qardaşları olan İran dövlətinin əleyhinə nitqlər söyləyirlər? Görəsən dünyanın o başından durub bu biri başına gələn xristian lideri müsəlman və ərəbləri bir yerə toplayıb “birlikdə güclüyük” deməklə sizcə Yaponiya, Çin, Rusiya və Koreya kimi dövlətlərə mesajmı verir? Bu mesaj kimindir? Və ya Səud milyardlıq silahları Fələstini qondarma İsrailin əlindən qurtarmaq üçünmü alır? Yoxsa Suriyada, Bəhreyndə və Yəməndə dinc əhalinin başına tökəcək? Heç tolerantlıqdan, ekstrimizimlə, terroçuluqla mübarizədən dəm vuran bu qədər silah alar? Bütün bu təzad və paradokslarla hara gedir bu müsəlman ölkələri?

Yuxarıdakı sualların cavabları hamıya məlumdur. Sadəcə xatırlatmaq və düşündürmək istədim. Atalar demişkən: Oğru elə qışqırdı doğrunun bağrı çatladı. Təbii ki, bu bir deyimdir. Amma bunu da bilin ki, haqq yolda olanların bağrı heç vaxt partlamayacaq. Çünki həqiqətən yalnız adda deyil, öz əməli ilə müsəlman olan, Allahdan qorxaraq insanlığa zülm etməyənləri Allah-taala öz müqəddəs kitabında qələbə ilə müjdələyib. Amerika kimi dünyada fitnə toxumu səpən, Səudiyyə kimi bu toxumu suvaranları isə ağır İlahi cəza gözləyir. Görəsən bu arada bütün bu olanlara yalnız seyredici kimi biganə yanaşan müsəlmanların aqibətləri necə olacaq? Təbii ki, onların aqibəti də qonşunun taxıl zəmisinin yanmağına seyr edən əkincinin aqibətindən heç də fərqlənmnəyəcək. Allah bizi agah və müdrüklərdən etsin.

 

Emil Rahiloqlu

İslaminSesi.info


İslam ölkələrini xarabalığa çevirən İŞİD himayədarlarının “sülh” dərdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ