EURO 1,9398 NEFT 60,41
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.10.2017 15:35:51

Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.

Suriya Silahlı Qüvvələri bu gün günorta saatlarında Homs əyalətinin tarixi Qəryəteyn şəhərinin İŞİD terrorçularından tamamilə azad edildiyini bəyan edib.

İslamazeri.com "AlMasdarNews"-a istinadla xəbər verir ki, xüsusi təyinatlı "Qələmun qalxanı" və 5-ci legionla birgə bu gün səhər saatlarından başlamış əməliyyatın yekununda şəhər terrorçulardan tamamilə təmizlənib.

Məlumata görə, Suriya ordusunun güclü həmləsilə bütün atəş nöqtələrini itirən terrorçular şəhəri tərk etmək məcburiyyətində qalıblar.

Qəryəteynin azad edilməsilə Suriya ordusu əsas diqqətini Homs əyalətinin digər səhralıq məntəqələrindəki gizli İŞİD yuvalarının zərərsizləşdirilməsinə yönəldəcək.


Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz Agentliyi hava ilə bağlı xəbərdarlıq etdi
    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı müvafiq tədbirlər görüb.
     16.01.2019
    Doktoranturalar yaradılan Siyahıda dəyişiklik edilib
    Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
     16.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ