EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:29.05.2019 15:53:03

"Mən qırğın qurbanlarına yardım etmək üçün bütün pulları bağışlamaq qərarına gəldim"

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, 17 yaşlı avstraliyalı Vill Konnolli Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən məsciddəki terror qurbanlarının ailələrinə təxminən 100 min dollar bağışlayıb.

Qeyd edək ki, Konnolli, ultra-sağçı senator Freyser Anninqin mətbuat konfransına gələrək onun başında yumurta qırmaqla məşhurluq qazanıb. Hadisənin videosu dərhal sosial şəbəkələrdə yayılıb və onu bütün dünyada məşhur edib.

Bu hadisədən sonra həmin gənc saxlanılıb. Onun üçün göstəriləcək hüquqi xidmətlərin ödənilməsi üçün xüsusi sayt vasitəsi ilə yardımlar toplanılıb. Lakin, Konnolli həmin pulları Kraystçörç terroru qurbanları və yaralılarının ailələri üçün yardım fonduna bağışlayacağını vəd edib.

“99 922 ABŞ dolları “Christchurch Foundation and Victims Support”-a köçürülüb. Mən qırğın qurbanlarına yardım etmək üçün bütün pulları bağışlamaq qərarına gəldim”, - deyə həmin gənc bildirib.


İslam düşməninin başında yumurta qıran gəncdən daha bir jest

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maştağada ağır yol qəzası - Ölən var
    Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.
     20.09.2019
    Bakıda kafe sahibi itkin düşüb
    Bakı şəhərində 34 yaşlı kişi itkin düşüb.
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ