1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.05.2019 15:33:29

İraq və Suriyada məğlub olduqdan sonra Asiyanın qərbindən şərqinə səpələnən İŞİD terrorçuları bu bölgələrdə terror aktları törətməyə başlayıb.

İslamazeri.com-un "Eastnews.org"a istinadən verdiyi xəbərə görə, İraq və Suriyada məğlub olduqdan sonra Asiyanın qərbindən şərqinə səpələnən İŞİD terrorçuları bu bölgələrdə terror aktları törətməyə başlayıb.  

Ötən günlərdə Tacikistanda həbsxanada qiyam başlamışdı. Qiyamı İŞİD terror qruplaşmasının həbsdə olan üzvləri başlatmışdı. Qarşıdurma yaradan terrorçuların əsas məqsədi isə həbsxanada olan nüfuzlu şiə alimləri olub.  

Belə ki, terrorçular Tacikistan İslam Oyanış Partiyasının əsas qurucusu olan şiə alimi Höccətil-İslam Seyyid Qiyamudddin Qazinin oruc alda başını kəsiblər.  

Tacikistan şiələrinin lideri hesab edilən Seyyid Qiyamuddin Qazi keçən il İrana getdiyi üçün əsassız ittihamlarla Tacikistan rejimi tərəfindən 25 il müddətinə həbs cəzasına məhkum edilmişdi.  

Artıq Tacikistanın Vəhdət şəhərindəki həbsxanada İŞİD terrorçuları tərəfindən qətlə yetirilən Höccətil-İslam Seyid Qiyamuddin Qazi və onunla birlikdə olan Səttor Kərimov (Mahdum Səttar) və Səidmahdixon Səttarov (Şeyx Teymur) torpağa tapşırılıb.  

Tacikistan İslam Oyanış Partiyasının üzvü olan digər iki şəxs üçün rəsmi dəfn mərasimi təşkil etməyə icazə verilib. Lakin ölkənin nüfuzlu ruhanisi Seyyid Qiyamuddin Qazi gizli şəkildə və ailə üzvləri olmadan dəfn edilib. 

Tacikistan İslam Oyanış Partiyası bəyanat yayaraq baş verənlərə görə yerli hökuməti ittiham edib.

Partiyanın yaydığı bəyanatda bildirilir:   "Bundan əvvəl də Tacikistan həbsxanalarında baş verən üsyan zamanı çox sayda məhkum həyatını itirmişdi. Oxşar hadisə onu göstərir ki, hökumət ya ciddi tədbirlər görmür, ya da şüurlu şəkildə buna şərait yaradır".

Terror hadisəsinin təşkilatçısı Tacikistan qüvvələrinin sabiq zabiti, İŞİD tərkibində döyüşən və İŞİD-in müharibə naziri olan Gülmurod Xalimovun oğlu Bəhruz Gülmurod olub.  

Qeyd edək ki, Tacikistandakı həbsxnada mayın 19-da baş verən qiyam zamanı Bəhruz Gülmurodun rəhbərlik etdiyi İŞİD-çilər 3 nəzarətçi və 29 məhbusu qətlə yetirmişdi. 


İŞİD terrorçularının Tacikistanda başını kəsdiyi şiə alimi; nurani Seyyid gizli dəfn edilib...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada yəhudi və müsəlmanların “qanına susamış” dəstə zərərsizləşdirildi
    Fransada ekstremistlərdən ibarət dəstə zərərsizləşdirilib.
     14.06.2019
    Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi!
    İranın Ali lideri nüvə silahı ilə bağlı danışıb.
     14.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ