EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:12.02.2019 12:53:07

İŞİD terror qruplaşması ən ağır günlərini yaşayır

İslamazeri.com xəbər verir ki, İŞİD terror qruplaşması ən ağır günlərini yaşayır.

Məlumata görə, İŞİD-in böyük uğursuzluq və məğlubiyyətindən sonra terrorbaşı Əl-Bağdadini satqın, kafir adlandıranların sayı artıb.

Bu haqda İngiltərə mətbuatında geniş yazı dərc edilib.

Belə ki, kəşfiyyat mənbəsinə istinad edilən yazıda, İŞİD üzvü 53 yaşlı Cuma Həmdi Hamdan "Gözümə gördüm xəvariclər Bağdadini həbs edərək öldürmək istəyirdirlər", - deyə iddia yer alıb.

Qeyd olunur ki, Tunisli terrorçular və onlara dəstək verən digər xarici ölkə terrorçuları İŞİD-in məğlubiyyətinə görə, terror qruplaşmasının və onların nəzərilə desək "İslam Dövləti"nin bütün məğlubiyyətindən sonra Əbubəkr Əl-Bağdadi "xəlifə"liyə layiq deyil və devrilməsi üçün addımlar atılıb.

Silahlı toqquşma zamanı "üsyünçı"lardan ikisi Bağdadinin çox hazırlanmış cangüdənləri tərəfindən Bağdadinin yanındaca öldürülüb və terrorbaşı Əl-Kişma adlı kənddən qaçırılıb. Məlumata görə, toqquşma iki gün çəkib və evlərin zirzəmilərində gizlənərək davam edib. İki günlük qarşıdurmada hər iki tərəf itki verib.

Onu da qeyd edək ki, İŞİD terrorçuları 10 nəfərlik qrup ilə motosikletlərlə ABŞ hərbçilərinə hücum etmələrilə bağlı video paylaşıblar. Lakin onların ABŞ hərbi hissəsinə yaxınlaşmaları haqda məlumat təsdiq edilməyib, məlumata görə, terrorçular körpüdə məhv ediliblər.

Bu arada "al arabia" telekanalı Bağdadinin təbliğat işləri üzrə köməkçisi, həmçinin qadın alverinin əsas simalarından sayılan Abu Soheyb Fransavinin "Suriya Demokratik Gücləri" adlı Əsədə müxalif dəstə tərəfindən ələ keçirildiyini yazıb.


İŞİD terror qruplaşmasında "xəvaric" parçalanması; Bağdadini öldürmək istədilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
    Polis faktla bağlı araşdırmalara başlanıb.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ