EURO 1,9828 NEFT 73,13
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:29.09.2017 09:31:27

Terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarına yeni səsli müraciət ünvanlayıb.

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadiyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, dəfələrlə öldürüldüyü barədə xəbərlər yayılmış terrorçu lider səs yazısında qruplaşma üzvlərinə müraciət edərək onları Qərb ölkələrinə qarşı terror hücumlarını artırmağa, həmçinin İraq, Suriya və digər cəbhələrdə döyüşləri davam etdirməyə səsləyib.

46 dəqiqəlik səs yazısı "Al Furqan" xəbər agentliyi tərəfindən dünən yayılıb, lakin səsli müraciətin nə vaxt lentə yazıldığı məlum olmayıb. Buna baxmayaraq yazının yeni olduğu təxmin edilir. Belə ki, əl-Bağdadi Mosul, Rəmadi, Sirt, Rəqqa və Həmadakı məğlubiyyətləri sadalayaraq bu şəhərlərdəki məğlubiyyətləri qanlı oyunlar adlandırıb. O, həmçinin Şimali Koreya ilə Yaponiya və ABŞ arasındakı son siyasi gərginliyə də toxunub.

ABŞ xüsusi xidmət orqanları səs yazısının mötəbərliyinin araşdırıldığını bildiriblər. Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə hələ ki, bu barədə məlumata malik olmadıqlarını ifadə edib.


İŞİD liderindən yeni müraciət: Döyüşməyə davam edin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa iqtisadiyyatı 10 milyard dollar ziyana uğrayıb
    Avstriyanın Tehrandakı səfiri Stefan Şults, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra bu qısa müddətdə Avropa iqtisadiyyatının 10 milyard dollar zərərə uğradığını açıqlayıb.
     20.07.2018
    Almaniyadan deportasiya olunanlarla bağlı rəsmi AÇIQLAMA
    Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ