EURO 1,9062 NEFT 51,59
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:20.04.2017 11:23:56

"Suriya Demokratik Qüvvələri" İŞİD işğalındakı bu kəndləri azad edib.

İslamazeri.com-un xarici mediaya istinadən verdiyi xəbərə əsasən, əsasının suriyalı kürdlərdən təşkil olunduğu “Suriya Demokratik Qüvvələri” (SDQ) ölkənin şimalında yerləşən Tabka və Raqqa şəhərlərinin alınması üzrə əməliyyatı davam etdirir. Onlar Raqqadan şimalda yerləşən 4 kəndi azad edə biliblər.

Məlumata əsasən, söhbət Um Tənək, Bir Kərba, Çərva və Hətaş kəndlərindən gedir.

Hər 4 kənd SDQ-in İŞİD-lə apardığı döyüşlərin nəticəsində azad edilib. SDQ döyüşçüləri toqquşmalar zonasında yaşayan dinc sakinlərin təhlükəsiz əraziyə təxliyyəsi prosesinə başlayıblar.

Kürdlərin ümumilikdə son həftə ərzində İŞİD terrorçularından 8 kənd və 4 kiçik yaşayış məntəqəsini azad etdiyi qeyd edilir.

Qonşu Tabka şəhərində isə toqquşmalar məntəqənin mərkəzində davam edir.

Tabka şəhərinin və İŞİD-in “Suriya paytaxtı” Raqqanın azad edilməsi SDQ-in başlatdığı “Fərat Qəzəbi” əməliyyatının bir hissəsidir.


İŞİD işğalındakı məntəqələr azad edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əbu Xəttab ər-Ravi adlı İŞİD-çi məhv edildi
    ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) keçirdiyi əməliyyatlarla bağla bəyanat yayıb
     26.05.2017
    Orucluqda sağlam qidalanmanın 9 qaydası
    Dietoloqlar bildirir ki, diqqət dağınıqlığı, baş ağrısı, əsəbilik və yorğunluq kimi mənfi hallarla qarşılaşmaq riskinin çox olduğu bu ayda yalnız işləyən insanlar deyil, oruc tutan hər kəs mütləq imsaka qalxmalıdır.
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ