EURO 1,8484 NEFT 52,38
USD 1,7022 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:27.12.2016 15:09:05

ABŞ-da yerləşən SITE Intelligence Group adlı texniki analiz təşkilatı İŞİD-in Türkiyə əsgərlərini yandıraraq edam etdiyi görüntüləri yayımlayıb. Türkiyə hökumətindən isə məsələyə dair açıqlama hələ də gəlməyib...

İslamazeri.az xəbər verir ki, İŞİD-in Türkiyə əsgərlərini yandıraraq edam etməsinin təbliğat videosunun şoku Türkiyə cəmiyyətində davam edərkən, xarici mətbuat da mövzunu yaxından izləyir. Dünyaca tanınan "Reuters" xəbər agentliyi video ilə əlaqədar bir xəbər yayımladı. ABŞ-da yerləşən SITE Intelligence Group-a istinadən verilən xəbərə görə, ötən cümə İŞİD-in iki əsir Türkiyə əsgərini yandırdığını iddia göstərən görüntülər yayımladığını bildirib.

"Reuters" xəbəri təsdiqləməsə də, Türkiyə rəsmilərindən də bir açıqlama gəlməyib.

ŞİRKƏTİN XARAKTERİ

ABŞ-da yerləşən müstəqil texniki analiz və kəşfiyyat şirkəti SITE Intelligence Group radikal terror təşkilatları haqqında iş aparır və məlumat toplayır. Şirkət dünya miqyasında kamikadze hücumları, terror təşkilatlarının internet şəbəkələri və əlaqələri haqqında məlumat verir.

İllərdir terror hücumları barədə iş aparan şirkət həqiqiliyini təsdiq etdiyi məlumatları paylaşır.

 

MONTAJ DEYİL

Şirkətin görüntüləri yayımlaması videonun montaj olmadığına dair mühüm istinaddır. "Reuters" isə Türkiyə rəsmilərindən açıqlama gəlməməsi səbəbilə öldürülən şəxslərin Türkiyə əsgəri olub olmadığı təsdiqləyə bilmir.
Türkiyə hökumətindən isə məsələ barədə hələ də bir açıqlama yoxdur.

BU FİRMA NƏ ÜÇÜN ƏLÇATMAZDIR?

Hüquqşünas Ömər Faruq Eminağaoğlu isə görüntülərə dair "Reuters"in bu xəbərini sosial şəbəkə səhifəsindən paylaşaraq, həm hökuməti, həm də müxalifəti günahlandırdı. Eminağaoğlu "Təkzib olunan bu xəbərlə əlaqədar olaraq, müxalifət bu xəbərə, bu firmaya, bu videoya niyə çata bilməz. Nəticədə bu video həqiqətdi mi, deyil mi mübahisələrinin qaynağına niyə enmək mümkün deyil və uzaq dayanılır?! Prosesdə iqtidar nə desə, hamı niyə susur və həqiqətlərin ardınca düşmür..." - deyərək reaksiyasını dilə gətirib.

TÜRKİYƏNİ TƏHDİD EDƏN TERRORÇUNUN KİMLİYİ MÜƏYYƏN EDİLİB

 

Yeri gəlmişkən, birinin əsir götürülən Türkiyə əsgəri olduğu dəqiqləşən iki nəfəri yandırdıqdan sonra, Türkcə danışaraq təhdidlər yağdıran və Türkiyə əsgərlərinin geri çəkilməsini istəyən terrorçunun Türkiyəli olduğu anlaşılırdı. Məhz o adamın kimliyi ortaya çıxıb. Əslən Adana, Çərmikli olan bu terrorçu, yaşadığı ünvanı Adana, Doğankent olan Həsən Aydındır. Qeyri-insani cinayətə imza atan bu radikal terrorçunun daha öncə ətrafında Türkiyə Hizbullahı tərəfdarı kimi tanındığı, haqqında hüquqi əməliyyat aparıldığı bildirilir.

 

Orhan Şahin/ABC Gazetesi
Tərcümə İslamazeri.az saytına məxsusdur.

 

Həmçinin oxu: İŞİD türk əsgərlərini diri-diri yandırdı - FOTO, VİDEO


İŞİD-in Türkiyə əsgərlərini diri-diri yandırdığı video həqiqətdir? - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda biznesmenin itlərinə dəbdəbəli toy etdiyi bildirilir - VİDEO
    Goranboy rayonunda yaşayan tanınmış biznesmen Qalib Musatafayevin Amon və İsida adlı cins itlərinə toy etdiyi bildirilir.
     24.04.2017
    Məktəb direktorunun faciəli ölümünün təfərrüatı
    6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb.
     24.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ