EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:18.07.2017 11:44:06

İraqda "Spayker" qətliamı ilə bağlı yeni təfərrüat üzə çıxdı.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İraq ordusu Tikrit şəhərində “Spayker” cinayətinin qurbanlarının kütləvi dəfn edildiyi məzarlıq aşkar edib.

Qeyd edək ki, 2014-cü ilin iyun ayının 11 və 12-si İŞİD terrorçuları İraqın şimal və mərkəzində çox böyük əraziləri, o cümlədən də Səlahəddin əyalətində Tikrit şəhərinin yaxınlığında yerləşən “Spayker” ABŞ hərbi bazasını da işğal etdilər. Onlar həmin bazada çox dəhşətli cinayət törədərək, 1700 iraqlı hərbi qulluqçunu qətlə yetirdilər.

İraqın Mərkəzi Cinayət Məhkəməsi 2 il öncə məlum cinayətdə əli olan 40 nəfər barəsində ölüm hökmü oxudu.

İndiyədək “Spayker” cinayətinin qurbanlarının dəfn edildiyi 15 kütləvi məzarlıq aşkar edilib.

Qətliam zamanı öldürülən hərbçilərin böyük əksəriyyəti eyniadlı hərbi-hava məktəbinin tələbələri olublar. Öldürülənlərin hamısı şiə müsəlmanları olublar.


İŞİD-in şiə qırğınının yeni dəhşətli izi üzə çıxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq
    "Bu ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
     17.12.2017
    Pakistanda 4 kamikadze kilsəyə hücum etdi, ölən və yaralananlar var - VİDEO
    Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsinə partlatması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
     17.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ