EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:30.03.2017 14:54:05

İŞİD terror təşkilatı darmadağın edildikdən sonra Suriyanı nələr gözləyir?

İslamazeri.com-un RT-yə istinadən verdiyi xəbərə əsasən, Suriyada gedən hərbi əməliyyatların gedişatı İŞİD-in sayılı günlərinin qaldığına dəlalət edir. Adıçəkilən terror təşkilatının məhv edilməsi ölkə xəritəsinin yenidən çəkilməsinə səbəb olacaq. Artıq indi münaqişənin əsas iştirakçılarının təsir zonasının təsvirləri ortaya çıxır, terrorçular tam məhv edildikən sonra isə onlar qəti şəkildə bərqərar olacaq. Düzdür, analitiklər, İŞİD-in rolunda digər qruplaşmaların çıxış edəcəyini istisna etmirlər.

 

Müqavimət ocaqları

Hazırda İŞİD terror təşkilatı 3 böyük yaşayış məntəqəsinə: Raqqa, Suriya ordusunun mühasirəyə alındığı Deyr-əz-Zor və strateji mühüm Tabka şəhərinə nəzarət edir.

Tabka Suriyanın Fərat çayı üzərindəki ən böyük su-elektrik stansiyasının yerləşdiyi şəhərdir... “Suriya Demokratik Qüvvələri”in tərkibindəki özünümüdafiə dəstələri Tabka hava limanını terrorçulardan təmizləyiblər və şəhərin azad edilməsi istiqamətində gedən əməliyyatı davam etdirirlər. Əgər onlar şəhəri azad edə bilsələr, o zaman 2 ən böyük su-elektrik stansiyası (Tabka və Şirin SES-ləri - red.) SDQ-in, yəni bizim Suriya kürdləri adlandırdığımız şəxslərin nəzarəti altında olacaq.”, - deyə Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin Tədqiqi Mərkəzinin direktoru Semyon Baqdasaranov Suriyadakı vəziyyəti şərh edərkən bildirib.

Bundan başqa, İŞİD daha az əhəmiyyətli ərazilərə də, məsələn Palmira yaxınlığındakı və neft və qaz yataqlarının da olduğu müxtəlif rayonlara nəzarət edir. İŞİD terrorçularının iştirak etdiyi döyüşlər Homs və Hələb əyalətlərində də gedir.

Baqdasaranovun fikrincə, Raqqa və Tabkanın süqutundan və Deyr-əz-Zor mühasirədən azad edildikdən sonra, İŞİD Suriya səhrası boyu səpələnmiş xırda-xırda dəstələrə parçalanacaq və bundan sonra da həmin dəstələr yalnız kəşfiyyat-diversiya xarakterli əməliyyatlar keçirəcəklər.

İŞİD-in sayılı günləri qalıb. Terrorçular hərbi sursat qıtlığı yaşayırlar. Bu isə öz növbəsində terrorçulara təsirsiz ötüşmür.”, - deyə İnnovativ İnkişaf İnstitutunun Yaxın Şərq Münaqişələrinin və Regionun Silahlı Qüvvələrinin Araşdırılması şöbəsinin rəisi Anton Mardasov qeyd edib.

 

Kürd məsələsi

Suriya ordusu, əsasən, ölkənin qərbinə - 40-45 faizinə nəzarət edir. Lakin bu zonaların da içərisində döyüşlərin hələ də getdiyi anklavlar mövcuddur.

Belə anklavlardan biri Dəməşq yaxınlığındakı Şərqi Qutadır. Terrorçular artıq 2 dəfə adıçəkilən ərazidən Dəməşqə hücum ediblər.”, - deyə Baqdasarov qeyd edib.

Mütəxəssislərin fikrincə Suriya ordusunun şərq istiqamətində irəliləməsi ehtimalı azdır. Mardasovun sözlərinə görə, ordu hazırda çox zəifləyib. Suriya lideri Bəşər Əsədin bir zamanlar dediyi “Son qarış torpağadək azad edəcəyik” bəyanatını əldə bayraq etmək ordunu daha da çox taqətdən sala və rəsmi Dəməşq üçün ən mənfi nəticələrə səbəb ola bilər.

Lakin ən əsası isə Suriya ordusuna şərq istiqamətində irəliləməyə, yəni Raqqaya daha da yaxınlaşmağa kürdlər mane olur.

Kürdlər ordunun Raqqaya aparan yolunun qarşısını kəsiblər. Onlar arasında hələ ki, heç bir razılaşma yoxdur. Bütün problem Əsəddədir. Əgər o, kürdlərə tamdəyərli muxtariyyər verəcəyini desəydi, o zaman hər şey başqa cür ola bilərdi. Amerikalılar isə bundan istifadə edərək, kürdlərdən istədikləri kimi istifadə edirlər.”, - deyə Baqdasarov məsələyə aydınlıq gətirib.

Hazırda “Azad Suriya Ordusu” və kürdlər ABŞ xüsusi təyinatlı qüvvələrinin dəstəyi ilə Raqqanı mühasirəyə alırlar. Bu qüvvələrin, hazırda terrorçularla Suriya ordusu arasında şiddətli döyüşlərin getdiyi Deyr-əz-Zoru mühasirədən çıxarmaq üçün bütün lazımi imkanları var. Mardasov hesab edir ki, bu isə kürdlərə gələcəkdə Dəməşqlə danışıqlar zamanı öz şərtlərini diktə etməyə fürsət verəcək.

Hazırda kürdlər ölkənin şimal-şərqinə - Türkiyə ilə sərhədin təxminən 70 faizinə nəzarət edirlər.

Baqdasarov bildirib ki, kürdlər keçmiş Fərat vadisinin hamsına: Fəratın suyu, SES-lər, kənd təsərrüfatı yerləri və çox sayda neft və qaz yataqlarına nəzarət edirlər.

Suriyada türklərin də öz nəzərə çarpacaq təsir zonası var: Azəz və Cərablus.

Baqdasarov hesab edir ki, Türkiyə ilə kürdlərin qarşıdurması gələcəkdə ön plana çıxa bilər. Ərdoğan var gücü Suriyanın şimalında kürdlər tərəfindən yaradılmış federal dairəni məhv etməyə cəhd edəcək.

 

İŞİD versiya 2.0

Analitiklərin fikrincə, İŞİD darmadağın edildikdən sonra hazırda İdlibdə toplaşmış qruplaşmalar onun yerini tutacaq. Bunlar da ilk növbədə “Nusra Cəbhəsi” və digər terror təşkilatlarıdır.

İdlibdə cəmləşmiş qruplaşmalar birinci plana çıxırlar. Orada “Nusra Cəbhəsinin” “bayrağı” altında “İŞİD 2.0” - “Levantın Azadedilməsi Təşkilatı” yaradılır. Qeydedilən yeni təşkilata bizim bir zamanlar Şərqi Hələbdən buraxdığımız hər kəs daxil olacaq. Məğlub edilmiş İŞİD-çilər də onlara qoşulacaqlar.”, - deyə Baqdasarov bildirib.

Beləliklə də, 50 minədək terrorçu və təqribən 2 milyon dinc sakinin cəmləşdiyi İdlib terrorçuluğun yeni mənbəsinə çevrilə bilər. Belə olacağı halda isə “Levantın Azadedilməsi Təşkilatı” “Əsədin devrilməsi” işini davam etdirəcək.

 

Tərcümə İslamAzeri.com saytına məxsusdur.


"İŞİD-in sayılı günləri qaldı”: Suriyanı necə dəyişikliklər gözləyir? - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda Respublika Günü qeyd olunur
    Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
     28.05.2017
    "Amnesty İnternational" təşkilatı israillilərin Qüdsdə yürüyüş keçirmələrini beynəlxalq qanunlara zidd adlandırıb.
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ