EURO 1,8473 TRY 0,2509
USD 1,7 RUB 0,0225
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.01.2020 15:17:12

İranın xarici işlər naziri Almaniya, Fransa və Böyük Britaniyanı tənqid atəşinə tutub

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına verdiyi müsahibədə deyib.

Zərif müsahibəsində Avropanın ABŞ-dan asılılığına işarə edib.

  İranın xarici işlər naziri Almaniya, Fransa və Böyük Britaniyanı tənqid atəşinə tutaraq deyib:

  “Bu dövlətlər ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmirlər. Avropa dövlətləri prezident Donald Trampın yeni sanksiyalarına qoşulmayacaqlarını bəyan etdilər və İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi ödəmə mexanizmi yaratdılar. Lakin bu günə kimi həmin mexanizmdən istifadə etməyib və İranala maliyyə əməliyyatı aparmayıblar. Buna ABŞ icazə vermir. Avropa öz maraqlarını və qürurunu ABŞ-a qurban verir.”

  Zərifin sözlərinə görə, ABŞ-ın hədələrinə baxmayaraq, sanksiyalar qaldırılmayana qədər İran nüvə proqramını davam etdirəcək. Yalnız sanksiyalar aradan qaldırılsa, İran nüvə proqramını dayandıra bilər.

 “İran üçün Ağ Evdə kimin oturacağı vacib deyil. Vacib olan odur ki, sanksiyalar aradan qaldırılsın və danışıqlar prosesi bərpa olunsun”, -deyə o qeyd edib.

İran İslam Respublikası xarici işlər naziri həmçinin İranın Nüvə Silahlarının Yayılmasını Qadağan edən Müqavilədən(NPT) çıxmağa dair “İranın NPT-dən çıxması atom bombası düzəltmək demək deyildir ona görə ki, İran İslam Respublikası əxlaqi və etiqadi prinsiplərinə əsasən əsla atom bombası istehsal etmək ardınca deyil.“, -deyə əlavə edib.

Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) Qüds qüvvələrinin komandanı Qasim Süleymaninin Amerika tərəfindən terror edilməsinə toxunaraq deyib:” Amerika, Avropa və bütün beynəlxalq ictimaiyyət, İŞİD-in məhv edilməsində General Süleymaniyə borcludur.” 


İŞİD-in məhv edilməsinə görə ABŞ, Avropa o şəxsə borcludurlar - Zərif

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusdan sonrakı e-dünya və ya dəyərlər yox olacaqmı? - ARAŞDIRMA
    Çoxları koronavirusdan sonra dünyanın necə olacağı haqqında fərziyələr irəli sürməkdədirlər.
     08.04.2020
    Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlandı
    "Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik".
     08.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ