1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.01.2017 12:52:45

"İndiyədək 5 dəfə ərdə olmuşam, ərlərimin hamısı həlak olub. İndi 6-cı ərimlə yaşayıram". Bu zaman partlayış səsi eşidilir və qadın deyir: "Artıq 6-cı ərimdən də dul qaldım".

3.Göz

"Qızlar, vəziyyətim heç yaxşı deyil. Üç gün sonra şəhərin mərkəzi meydanında edam olacaq, kafirin başını kəsəcəklər. Əla şou olacaq. Mənimsə o şouya geyinməyə yaxşı paltarım yoxdur".

Onun rəfiqəsi isə deyir: "İndiyədək 5 dəfə ərdə olmuşam, ərlərimin hamısı həlak olub. İndi 6-cı ərimlə yaşayıram". Bu zaman partlayış səsi eşidilir və qadın deyir: "Artıq 6-cı ərimdən də dul qaldım".

Bu sözlər Britaniyanın BBC2 telekanalında yeni nümayişi başlanmış "Real Housewives of ISIS" ("İŞİD-in real ev qadınları") serialının qəhrəmanlarından biri Əfsanəyə məxsusdur.

Serial Britaniyada çox böyük qalmaqal doğurub. Ölkədə yaşayan müsəlmanlar, xüsusilə də əslən Yaxın Şərq ölkələrindən olan ərəblər teleserialı biabırçılıq, islama və müsəlmanlara təhqir sayıblar.

Suriyadan olan mühacirlər isə teleserialı İŞİD və digər terror qruplaşmlarından əziyyət çəkən, ölkədəki qanlı döyüşlərdə yaxınlarını, ailə üzvlərini itirmiş insanların məsxərəyə qoyulması sayırlar.

"İŞİD-in real ev qadınları" komediya teleserialının əsas qəhrəmanları ərləri İŞİD terrorçularının həyat yoldaşları olan qadınlardır.

Serial ABŞ-da Nyu-York və Beverli-Hilssdəki evdar xanımlarından bəhs edən məşhur serialların parodiyasıdır.

BBC2 rəhbərliyi isə teleserialın sketç-şou olduğunu, kimsənin təhqir edilməsinin qarşıya məqsəd qoyulmadığını bəyan edib.

... "Ərim deyir ki, şəhid olsa, cənnətdə onu 40 huri gözləyəcək. Maraqlıdır, mən özümü partlatsam, cənnətdə məni hurilər, yoxsa qılmanlar gözləyəcək?!" - serial qəhrəmanlarından biri söyləyib. Onun rəfiqəsi isə gülərək təklif edir ki, əyinlərində "şəhid qurşağı" (özünü partlatmaq üçün bombalı jilet - red.) olarkən çəkilmiş fotolarını Instagram-da "Jihadi Cane" heşteqi ilə yaysınlar" ... (Milli.az)


"İŞİD-in ev qadınları" serialı qalmaqala səbəb oldu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ