EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:20.02.2017 17:27:46

İŞİD terror təşkilatı maliyyə resurslarının mühüm bir hissəsini itirməsi nəticəsində tamamilə iflasın astanasına gəlib...

İslamazeri.az "Iraq Press"-ə istinadən xəbər verir ki, dünyanın ən "varlı" terror təşkilatı kimi tanınan İŞİD valyuta ehtiyatlarını get-gedə itirir. Yeni hesabata görə, təşkilatın nəzarət etdiyi torpaqlar daha da azalarkən, neft sahələri də hava hücumları ilə hədəf alınar və nəticədə təşkilat milyonlarla dollar maddi itki yaşayır.

Londondakı "Kings College"-in Beynəlxalq Radikalizasiya və Siyasi Zorakılıq Araşdırmaları Mərkəzi (ICSR) tərəfindən yayımlanan hesabatdakı göstəricilər belədir:

"Real rəqəmləri hesablamaq çətin olmaqla bərabər, təşkilatın İraq və Suriyada ən geniş sərhədlərə çatdığı 2014-də illik 1,9 milyard dollar gəlir əldə etdiyi güman edilir. Bu məbləğ keçən il yarı yarıya azalaraq 870 milyon dollara düşüb".

Hesabatda İŞİD-in gəlir mənbələri belə sıralanıb: "Təbii ehtiyatlar, antik əsər qaçaqmalçılığı, ələ keçirilən ərazilərdən toplanan vergi, xalqa tətbiq edilən pul cəzaları və fidyədir."

Belə ki, təşkilat son dövrdə antik əsər alverindən pul qazanmaq bacarığını itirərkən, ən böyük gəliri hazırda vergidən əldə edir.

Neft hələ də təşkilatın ikinci böyük gəlir mənbəyi olmaqla bərabər, ABŞ rəhbərliyindəki koalisiyanın neft bazasını və tankerləri hədəfə alması ilə bu qaynaq da sürətlə qurumağa başlayıb.

Hesabatda İraq hökumətinin təşkilatın əlindəki bölgələrdə yaşayan məmurların maaşlarını kəsməsi və "Türkiyə ilə İraqın kürdlərin nəzarətindəki ərazilərdə sərhəd ticarətini azaltma səyləri" nəticəsində, İŞİD-in "kassa"sının bir az da boşaldığı qeyd olunub.

Hesabatda təşkilatın ələ keçirilən sənədlərinə əsaslanaraq, pensiyaların və döyüşçülərə verilən qənimətlərin azaldıldığı, bunun qarşılığında təşkilatın nəzarətindəki ərazilərdə vergi və qiymətlərin artırıldığı bildirilib.

ICSR-nin direktoru Pyotr Numen "Yolları təmir etməsi, müəllimlərə maaş ödəməsi, səhiyyə sistemini idarə etməsi lazımdır. İŞİD-in "əl-Qaidə"nin heç vaxt etmədiyi şeyləri etməsi lazımdır" - deyib.

Təşkilatın "biznes modelini daim genişlənmə tələb edən bir "piramida" kimi qiymətləndirən Numen, torpaq itkisi yaşandıqca pul itkisinin qaçılmaz olduğuna diqqət çəkib.


İŞİD iflasın astanasında - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ