1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.11.2017 16:39:22

Terrorçu təşkilat özünü yerli əhaliyə daha dindar nümayiş etdirmək üçün "Taliban"dan fərqli addım atıb.

Əfqanıstan-Pakistan sərhədindəki dağlıq bölgələrdə İŞİD üzvləri qondarma təşkilatın Xorasan əyaləti adlandırdıqları məntəqədə narkotik vasitələrə qarşı aktiv mübarizə tədbirlərinə start veriblər.

İslamazeri.com "Al-MasdarNews"-a istinadla xəbər verir ki, terrorçu təşkilat üzvləri Əfqanıstanın şərqində Nəngərhar əyalətinin Deh-Bala rayonunda yerli fermerlərdən müsadirə etdikləri külli miqdarda narkotik maddələri yandırıblar. Bu barədə görüntülər İŞİD-in "Amaq" informasiya agentliyi tərəfindən yayılıb.

Qeyd edək ki, bölgədə İŞİD-in əsas rəqibi olan "Taliban" isə fərqli olaraq özü də narkotik qaçaqmalçılığında iştirak edərək milyardlarla dollar vəsait əldə edir. İŞİD özünü İslami dəyərələrə daha sadiq nümayiş etdirmək üçün "Taliban"ın əksinə bu biznesdən imtina edib və narkotikləri məhv etməyə başlayıb.

Bildirək ki, İraq və Suriyada ağır məğlubiyyətlə üzləşmiş İŞİD hazırda Əfqanıstanda möhkəmlənib.


İŞİD Əfqanıstanda xeyli narkotik maddəni yandırıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ