EURO 1,981 NEFT 74,28
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 16:12:04

Suriya ordusu İŞİD-i yaşayış məhəlləsindən uzaqlaşdırmaq üçün əməliyyata qısa fasilə verib.

Deyr əz-Zor əyalətinin Fərat çayındakı Havicət-Kati adasında küncə sıxışdırılmış İŞİD üzvləri Suriya ordusunun təslim olmaq barədə tələbini rədd ediblər.

İslamazeri.com "Al-MasdarNews"-a istinadla xəbər verir ki, rədd cavabından sonra ordunun xüsusi təyinatlı "Pələng qüvvələri" və 4-cü mexanikləşdirilmiş diviziyası adadakı antiterror əməliyyatını davam etdiriblər.

Suriyanın Milli Müdafiə Qüvvələri (MMQ) və Rusiya hərbi aviasiyasının dəstəyilə Suriya ordusu adanın əksər hissəsində nəzarəti ələ alıb. Lakin dinc əhalinin yaşadığı məhəlləyə sığınan İŞİD üzvləri insanlardan canlı sipər kimi istifadə etdikləri üçün ordunun hərəkəti ləngiyib. Mərkəzi komandanlıq insanlara ziyan dəyməməsi üçün terrorçularla danışığa girərək onları təslim olmağa və ya ərazini tərk etməyə çağırsa da, terrorçular müqavimət göstərməkdə israr ediblər.

Ordunun bir neçə saatlıq əməliyyatlardan sonra yenidən terrorçuları danışığa cəlb etməyə cəhd edəcəyi gözlənilir.


İŞİD Fərat çayındakı adada təslim olmaqdan imtina edib, ordu hərəkətə keçib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezidentdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı - SƏRƏNCAM
    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
     25.06.2018
    Dünya Bankı: Azərbaycanda fermerlərin təhsil səviyyəsi qənaətbəxş deyil
    Bunu "Kənd yerlərinin inkişafı və Kənd Təsərrüfatı" mövzusunda müzakirələrdə Dünya Bankının nümayəndəsi Julian Lampetti deyib.
     25.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ