EURO 1,9314 NEFT 60,39
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.11.2017 13:52:56

İŞİD terrorçuları Somaliyə dair plan cızırlar.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı Suriya və İraqdakı ağır məğlubiyyətindən sonra Somaliyə qarşı təcavüzkar planlar cızır. Bu haqda BMT-in Somali üzrə mütəxəssis qrupunun məruzəsində deyilir.

Mütəxəssislərin məlumatına görə, terror qruplaşması ölkədə Əbdül Qədir Muminin rəhbərliyi ilə güc toplamaqdadır. Əgər hələ ötən ilin sonlarında bu ölkədəki İŞİD cərgələrində 10-100 arası terrorçu vardısa, hazırda bu göstərici yüzlərlədir.

Üstəlik, buradakı qruplaşma lideri müntəzəm olaraq İŞİD-in İraq və Suriyadakı başçıları ilə rabitədədir. Hər şeydən əlavə, İraq və Suriyadakı başçılar Somalidəki terrorçulara maliyyə dəstəyi də verirlər.

Əbdül Qədir Muminin qruplaşmasının hesabında Putlend regionundakı Kandala şəhərinin tutulması, Putlendin iqtisadi paytaxtı Bosaso şəhərindəki otelə hücum və bu şəhərin yaxınlığındakı polis məntəqəsindəki terror aktı var. Qeyd edək ki, Kandala şəhəri “xilafətin Somalidəki paytaxtıdır”.


İŞİD Afrika ölkəsini işğal etməyə hazırlaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman uşaq ümumdünya riyaziyyat turnirinin qalibi oldu
    Turnirdə 80 ölkədən olan 12 mindən çox insan toplaşıb
     14.12.2018
    Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb
    Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ